Orta Şərqdə baş verən hadisələrdən sonra beynəlxalq cəmiyyət demokratiyadan uzaq ölkələrə böyük investisiyalar qoymağın mənasız olduğunu anladı. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri müxalif Erməni Milli Konqresinin (EMK) milli əlaqələndiricisi Levon Zurabyan dünən İrəvanda keçirilən mitinqdə deyib. "Lincy" Fondunun Ermənistan hökuməti ilə əməkdaşlığı çoxdan dayandırdığını söyləyən L.Zurabyan bildirib ki, rəsmi İrəvanın israrlı xahişlərinə baxmayaraq Rusiya da Ermənistana kredit verməyi rədd edir.
EMK-in nümayəndəsi Stepan Dəmirçiyan isə çıxışında qeyd edib ki, ölkədə demokratik seçkilərin keçirilməməsi ölkəni daxili və xarici problemlərlə üz-üzə qoyub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB