"Axır ki, Əli Kərimli başa düşdü ki, xalq onu istəmir və dəstəkləmir". Bunu SİA-ya açıqlamasında “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov deyib.
Onun sözlərinə görə, ümumiyyətlə, AXCP, “Milli Şura” və Müsavatın keçirdiyi yersiz mitinqlər heç kəsə lazım deyil: "Demək olar ki, radikal müxalifət düşərgəsinin təmsil edən şəxslər bu günə qədər çoxçaylı mitinqlər keçirib, amma bu mitinqlərin heç bir nəticəsi olmayıb. Demək olar ki, adları çəkilən bu şəxslər mini aksiyalar keçirməklə məqsədləri diqqət mərkəzinə çevrilməkdir. Təbii ki, sifarişlər xarici maraqlı dairələrdən gəlir. Bu baxımdan onu şərəfini və ləyaqətini qəpik-quruşa satan işbaz hesab etmək olar. Mitinqlərin sayını artırsalar da, nəticə əldə edə bilməyəcəklər. Bunu özləri də dərk edirlər. Çünki, bir o qədər ağılsız və düşüncəsiz deyillər. Ona görə də, Ə. Kərimli açıq şəkildə etiraf edər ki, onlar mitinq keçirib, nəticə əldə edə bilmirlər. Özünə hörmət edən partiya sədri olsa idi, Ə.Kərimli partiya sədrliyindən və siyasətdən gedərdi. Görünür, o özünə dəyər vermək imkanından məhrum olunub. Bunla belə, müxalifət təmsilçiləri çox gözəl başa düşürlər ki, nə etmələrindən asılı olmayaraq onlar heç nə əldə edə bilməyəcəklər. Çünki müxalifətin xalq tərəfindən heç bir dəstəyi yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB