Ekspertlər Nikol Paşinyanın erməni xalqına vəd yox, hesabat verməyinin vaxtı çatdığını bildirirlər
Bu gün Ermənistan baş naziri Nikol Paşinyanın vədləri, çıxışındakı işğalçı fikirlər bir daha küçə "demokratı"nın hələ də eyforik küçə yürüşçüsü emosiyasından ayrıla bilmədiyini təsdiqləyir. Onun çıxışına Ermənstan Xarici İşlər Nazirliyinin əlavə şərh verməsi də bunu sübut etdi. Paşinyan Ermənstanı daha çox emosional və cəmiyyətin diqqətini yönəldə biləcək məsələlərlə idarə edir. Çünki bir il əvvəl vəd etdiyi planların yerinə yetirilməsi üçün ona nə borc verən var, nə də ölkə iqtisadiyyatına sərmayə qoyan. Ermənistanın pul qazanmaq üçün başqa resursları da, ya fəaliyyət göstərə bilmir, ya da yoxdur.
Əhalisinin sayı sovetlər dövründəkindən də az olması Ermənistan və onun perspektivi, hakimiyyəti barədə bir çox mətləblərə aydınlıq gətirir. Qeyd edək ki, Ermənistan SSR-nin əhalisinin sayı 1991-ci il avqustun 23-də 3 milyon 287 min nəfər, 2019-cu ilin iyununda isə 1 milyon 961 min nəfər olub. Ekspertlərin sözlərinə görə, Paşinyanın əvvəlki rəhbərlərdən heç də fərqlənməyən işğalçılıq siyasəti Ermənistanı yer üzündən silinməsi səviyyəsinə belə gətirəcək. Bu gün Paşinyan özünü hakimiyyəti rusiyayönlü Robert Koçaryan və Serj Sarqsyanın adamalarından, Qarabağ mafiyasından təmizləyirmiş kimi aparır. Bununla, həm də Qərbə Moskvaya qarşı olduğunu göstərməyə səy edir.
Son vaxtlar Paşinyan cəmiyyətin başını yeni bir qalmaqalla qatmağa başlayıb. Belə ki, gizli sənədlər və düyünü açılmayan faktları baş nazir "Facebook" səhifəsində məlumat yaymaqdadır. Bildirib ki, bu sənəd Ermənistan dövlətinin idarə edilməsindən və dövlətdəki korrupsiya sistemindən bəhs edir. O, korrupsiya sistemindən gen-bol bəhs etsə də, dövlətinin idarə edilməsi ilə bağlı öz sistemini təklif etməyib.
Ermənistan KİV-i yazır ki, Koçaryan və Sarksyanın prezidentlikləri dövründə korrupsiya dövlət ideologiyası idi. Erməni mediası bildirir ki, indiki hakimiyyətin isə strategiyası, proqramı və konsepsiyası yoxdur. Ölkənin informasiya vasitələri əvvəlki rejimlərin oliqarxlarının Paşinyan hökuməti ilə əməkdaşlıq etdiklərini yazır. Onların qənaətincə, hökumət başçısı neqativ halları aradan qaldırmağa çalışsa da, yenə köhnə rejimin qalıqları ilə işləyir.
Erməni KİV-in iddiasına əsasən, Nikol Paşinyan "super baş nazirlik" arzusundadır. Yeni konstitusiyanın hazırlanması ilə bağlı yaradılan komissiyanın da buna xidmət edəcəyi istisna edilmir.
Ekspertlər: "Paşinyan hökumətinin xarici siyasət kursunda da səbatlılıq yox dərəcəsindədir"
Siyasi ekspertlərin sözlərinə görə, Paşinyan hökumətinin xarici siyasət kursunda da müəyyənlik və səbatlılıq yox dərəcəsindədir: "Paşinyan həm Qərbə, həm də Rusiyaya yarınmağa, nəticədə, hər iki tərəfdən başının sığallamasına nail olmağa çalışır. Bu davranışın əziyyətini isə, Ermənistan əhalisi çəkir. Deyilənə görə, 2020-ci ildən Rusiya Ermənistana satacağı təbii qazın min kubmetrinin qiymətini 165 dollardan 220 dollaradək qaldırmaq istəyir. Paşinyana və təmsil etdiyi siyasi qüvvələrin bu kimi çətinliklərdən çıxmaq üçün, ilk növbədə, cəmiyyətin etibarını itirməməsi vacib şərtdir. Son zamanlar onun nüfizunun itdiyi müşahidə edilir. Onun başçılq etdiyi hökumətin real fəaliyyət proqramı da mövcud deyil. Ölkəsinin təməl problemlərini həll edə bilmədiyindən Nikol Paşinyan Ermənistan cəmiyyətinin başını belə sənədlərin sirrini açmaqla qatmaq istəyir. Lakin bu vəziyyət uzandıqca, o özünü də çaş-baş vəziyyətə salır. Belə davam edərsə, bundan sonra onun ölkə ictimaiyyətinə yalanlar danışıb, şər-böhtan kampaniyasına başlayacağı gözlənilir. Nəticədə, bu gün Ermənistanda 1999-cu ilin oktyabrı, 2008-ci ilin martı və 2018-ci ilin mayının təkrarlanacağı istinsa olunmur".
Vitali Arkov: "Nikol Paşinyanın erməni xalqına vəd yox, hesabat verməyinin vaxtıdır"
Rusiyalı ekspert Vitali Arkov Paşinyanın belə sənədlərlə bağlı açıqlamasını verdiyi vədlərin nəticəsiz olduğunu ört-basdır etmək məqsədi güddüyünü bildirir: "Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda verdiyi bəyanatlarla qəsdən Azərbaycanı müharibəyə təhrik edərək, işğalçıdan dönüb, məzluma çevrilmək istəyir. N.Paşinyan ölkədə iqtisadiyyatın çökdüyü bir vaxtda öz reytinqini bərpa etmək təlaşındadır. Paşinyanın iqtisadi sahədə möcüzə yaratmaqda acizliyi elə bəri başdan bəllidir, amma əhalinin yoxsulluqda yaşayan çoxluğunu hər cür nağılla aldatmaq çətin deyildi. Bu gün erməni xalqının qazancı boş sözlər, ən dəhşətlisi də Dağlıq Qarabağdan gələcək minlərlə tabut və minlərlə də şikəst olacağıdır".
Qarabağ Azərbaycandır! Nöqtə!
Rus şairi A.S.Puşkin yazırdı: "Sən köləsən, sən qorxaqsan, çünki sən ermənisən..." Fransız yazıçısı və səyyahı Aleksandr Düma isə bu etnosa belə qiymət verib: "Ermənilər həmişə başqa dinə qulluq edən hökmdarların hakimiyyəti altında olmuşlar. Nəticədə, öz fikir və duyğularını gizli saxlayan, hiyləgər və kələkbaz adamlara çevrilmişlər". İşğal altında saxlanılan Xankəndidə keçirilən "ümumerməni oyunları" adlandırdıqları tədbirdə isə, Ermənistanın baş naziri Nikol Paşinyan, hökuməti və rəhbərləri başda olmaqla, bu etnosun dəyişmədiyini sübut etdilər.
Rusiyalı ekspert Mixail Neijmakov isə N.Paşinyanın Xankəndiyə gələrək, "panerməni oyunları"nın açılışında iştirak etməsinin, daha bir mühüm səbəbi kimi, Qarabağdakı separatçı rejimi nəzarətə götürmək istəyinə də toxunub: "Paşinyan hakimiyyət tərəfindən Dağlıq Qarabağın köhnə kadrlardan təmizlənmədiyi az qala yeganə ərazi olması baş naziri və onun arxasındakı qrupları xeyli narahat edir".
Rusiyalı politoloq Mixail Neijmakov da N.Paşinyan üçün Xankəndiyə səfərin daha çox daxili siyasi əhəmiyyət daşıdığı qənaətindədir: "2018-ci ildə Nikol Paşinyanın öz məqsədlərinə çatması üçün tərəfdarlarını qısa vaxt ərzində küçələrə çıxartması mühüm əhəmiyyət daşıyıb. Bu baxımdan, Ermənistanda baş nazirə dəstək mitinqləri ötən ilkilərlə müqayisə oluna biləcək miqyasda çoxdandır keçirilmir. Odur ki, hazırkı baş nazir üçün bənzərsiz natiq və meydan lideri şöhrətini hər hansı yolla bərpa edib saxlamaq əhəmiyyətlidir".
Erməni ekspertdən etiraf: "Bakıya uduzuruq"
Ermənistan xarici siyasət sferasında daima zəif olduğunu göstərib. Bunu erməni eksperti Qagik Ambaryan da etiraf edib: "Çünki Ermənistan hakimiyyəti xarici siyasət məsələlərini buraxıb, daha çox daxili siyasət məsələləri, yalançı gündəmin formalaşdırılması ilə məşğul olub. Qarabağla dostluq münasibətləri quran Fransa şəhərləri mövcud kontraktların hamısını ləğv etdilər, ABŞ Konqresində Qarabağa yardımın verilib-verilməməsi müzakirə edilir, Moskva ilə münasibətlər qaydasında deyil. Biz Türkiyənin Naxçıvana münasibətdə ambisiyalarını görməzdən gəlirik. Problemlər çoxdur, amma hakimiyyət üçün əsas hakimiyyətini qorumaqdır. Paşinyan hakimiyyətə təcrübəsiz komandasıyla gəldi, səhvlər buraxdı və indi bundan onun opponentləri yararlanır. Xarici işlər naziri Zoxrab Mnatsakanyan daha çox partizan stilində çalışır. Buna görə mediada Mnatsakanyandan sonra müdafiə naziri, polis rəisi və Milli Təhlükəsizlik Xidməti rəisi peyda olub. Diplomatiya ictimailiyi sevir. Ona görə də, Azərbaycan və Türkiyə daha aqressiv və açıq diplomatiya tətbiq edirlər. Mnatsakanyanın işlərinin nəticələrini göstərməsi yaxşı olardı. Şarl Aznavur ölən kimi, Fransa məhkəmələri Qarabağla bağlı imzalanan memorandumları ləğv etdi".
Ambaryan Paşinyanın ən rusiyayönlü siyasətçi olduğunu, amma Moskvanın hələ ona inanmadığını deyib: "Biz Rusiyadan Ermənistanda baza saxlamağı xahiş edirik. Bütün keçmiş prezidentlər yaxşı bilirlər ki, Ermənistan bu bazadan imtina edəcəyi halda, hansı çağırışlarla üz-üzə qala bilər. Rusiya və Rusiya prezidentinin ünvanına sərt bəyanatlar səsləndirəndə, heç kim unutmasın ki, rifahımız bu ölkədən asılıdır".
Ermənistan ordusunda intihar və fərarilik halları çoxalıb
Ermənistanda bütün sahələr üzrə özünü getdikcə daha qabarıq formada büruzə verən tənəzzül, bu ölkənin ordusunda da acınacaqlı durumun formalaşması ilə müşayiət olunur. Belə ki, son 6 ayın statistikasına görə, işğalçı ölkədə qeyri-döyüş şəraitində ölən əsgərlərin sayı 38-ə çatıb.
Orduda korrupsiya, rüşvətxorluq və özbaşınalıq geniş vüsət alıb. Cəmiyyətdə olan neqativ tendensiyalar ordunu da bürüyüb. İndi Ermənistanda belə bir fikir hakimdir ki, orduda zabitlər əsgərlərə vətənin müdafiəçiləri kimi deyil, şəxsi varlanmalarını təmin edən obyekt kimi baxırlar.
Son məlumatların təhlili, bir daha göstərir ki, qeyri-döyüş şəraitində itkilərin yaşanmasına əsas səbəb orduda xəstəliyin tüğyan etməsi, intihar, müxtəlif qəza və nizamnamədən kənar davranışlardır. Özü də bu kimi hallara, əsas etibarilə, müddətli həqiqi hərbi xidmətə çağırılmış gənclər məruz qalırlar. Ordudakı yüksək vəzifəli zabitlərin özbaşınalıqları, rüşvətxorluğu, nizamnamədən kənar və nalayiq davranışları müddətli xidmət edən əsgərlər arasında intiharla yanaşı, fərarilik hallarının sayının sürətlə artmasına səbəb olur. Ötən günlərdə Füzuli rayonu istiqamətində düşmən tərəfindən fərarilik etmiş hərbi qulluqçu Kazaryan Aro Xaykoviç hərbi bölmələrimizin sayıqlığı nəticəsində, saxlanılıb. İlkin dindirilmə nəticəsində düşmən hərbçisinin fərarilik etməsinə səbəb xidmət etdiyi hərbi hissədə hökm sürən özbaşınalıq, hərbi qulluqçulara qarşı dözülməz və qeyri-insani münasibət olduğu müəyyənləşib. Göründüyü kimi, düşmən ordusunun bölmələrində ağır xidmət şəraitindən, təhqirlərdən və fiziki işgəncələrdən bezərək, xidmət yerini özbaşına tərk edənlərin sayı artmaqda davam edir.
Elə buna görə Ermənistan ordusunda həlak olmuş əsgərlərin valideynlərinin Müdafiə Nazirliyi qarşısında keçirdikləri aksiyaların sayı da çoxalıb. Yerli mətbuatın verdiyi xəbərə görə, etirazçılar Ermənistan ordusunda özbaşınalıq və xaosun tüğyan etdiyini bildiriblər. Narazı əsgər valideynləri, qeyd ediblər ki, qeyri-döyüş şəraitində itkilərin artması hərbi hissələrdəki xaosdan xəbər verir. Bunun nəticəsində, əsgəri xidmətdən yayınma halları artıb. Cəmiyyətin orduya inamı yoxdur. Çünki xidmət keçənlərin əksəriyyəti evlərinə, ən yaxşı halda, əlil olaraq qayıdır. Hökuməti isə, onların sonrakı taleyi maraqlandırmır.
Valideynlərdən Ağban Vardanyan bildirib ki, övladı bir il əvvəl məcburi olaraq Dağlıq Qarabağa hərbi xidmətə göndərilib: "Oğlum bu yaxınlarda hərbi hospitala yerləşdirilib. Hərbi hissənin komandir müavini tərəfindən vəhşicəsinə döyülüb. Həmin şəxs oğluma işgəncə verdikdən sonra onu boğaraq öldürmək istəyib".
Ermənistanın Müdafiə Nazirliyi psixoloji və ruhi travmadan əziyyət çəkən gəncləri də hərbi xidmətə göndərir. Erməni mediası yazır ki, elə Dağlıq Qarabağa həqiqi hərbi xidmətə göndərilən əsgər Mqer Arutyunyan bir neçə gündən sonra Xankəndi hərbi hospitalına aparılıb. Onun səhhətində ciddi problemlərin olduğu deyilir. Lakin konkret olaraq, xəstəliyin adı açıqlanmır. Əsgərin valideynləri bildirirlər ki, 18 yaşlı Mqerin əsəb sistemində problem var. Buna baxmayaraq, psixoloji dispanserdə müalicə aldıqdan sonra Mqer hərbi xidmətə göndərilib: "Bununla bağlı müəyyən dairələrə məktub da ünvanlamışıq. Ancaq müraciətlərimizə cavab verilməyib. Onun psixoloji problemlərinin olması ilə bağlı sənədlər mövcuddur. Mənim oğlum xidmət edə bilməz".
Beləliklə, bütün bunlar müasir erməni ordusunun reallığıdır. Ermənilər özləri də etiraf edirlər ki, bu gedişlə ordularından əsər-əlamət qalmayacaq. Amma bu, var-dövlətini ordu hesabına artırmağa çalışan ölkə rəhbərliyini qətiyyən narahat etmir. Çünki bu gün Ermənistan reallıqlara əsaslanan yanaşmadan deyil, ilhaqçı mövqedən çıxış edir.
Beləliklə, o zaman Ermənistan artıq müəyyən etməlidir, sülh istəyir, yoxsa vəziyyətin gərginləşməsini?! Belə bir təsəvvür formalaşır ki, hazırkı Ermənistan rəhbərliyi münaqişənin həll olunmasına deyil, bilərəkdən vəziyyətin gərginləşməsinə üstünlük verir. Təəssüflə qeyd olunmalıdır ki, bu gün rəsmi Yerevan reallıqlara əsaslanan yanaşmadan deyil, ilhaqçı mövqedən çıxış edir. Lakin istənilən halda, aydındır ki, Azərbaycan heç vaxt işğala əsaslanan status-kvo vəziyyəti ilə barışmayacaq. Çünki Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində, inkişaf edən səmərəli iqtisadiyyata, vətəndaş birliyinə malikdir: "İki il bundan əvvəlki aprel döyüşləri göstərdi ki, Azərbaycan Dağlıq Qarabağ problemini hərbi yolla da həll etmək gücündədir. Bu baxımdan, Paşinyan Azərbaycanın işğal edilmiş torpaqalarının qaytarılması istiqamətində hər hansı addım atmalıdır, əks-halda Ermənistan iki il bundan əvvəlkindən də ağır məğlubiyyətə düçar olacaq".
Odur ki, artıq Nikol Paşinyanın erməni xalqına vəd yox, hesabat verməyinin vaxtıdır.
A.SƏMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB