“Ermənistanla layiq olduğu tərzdə davranmadıqca təxribatlarını davam etdirəcək” RƏY-ÖZƏL
“Uzun illərdi ki, işğalçı Ermənistan münaqişənin tənzimlənməsi istiqamətində danışıqların aparılmasının imitasiyası ilə məşğuldur”. Bunu SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.
Onun sözlərinə, yəni danışıqlar prosesində iştirak edir, amma münaqişənin tənzimlənməsi üçün hər hansı bir addımın atılmasına imkan vermir: “Məsələnin görünən digər tərəfi də ondan ibarətdir ki, münaqişənin tənzimlənməsi ilə birbaşa məşğul olan ATƏT-in Minsk Qrupu, beynəlxalq təşkilatlar münaqişə vəziyyəti ilə bağlı hər hansı bir dəyişikliyə gətirib çıxaracaq addımların atılmasında maraqlı görünmürlər. Bunun da bir sıra səbəblərini biz müəyyənləşdirə bilərik. Birincisi, hər şeydən öncə məsələnin görünən tərəfi ondan ibarətdir ki, Cənubi Qafqaz regionunda münaqişənin tənzimlənməsi müxtəlif dövlətlərin toqquşan maraqları ucbatından baş vermir. Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, görünür eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi dünyanın aparıcı ölkələri üçün vacib əhəmiyyət kəsb etmir. Yəni bu məsələyə üçüncü, dördüncü dərəcəli məsələ kimi baxırlar, nəyin ki, birinci, ikinci dərəcəli məsələ kimi. Həmçinin Ermənistanın təxribatlar törətməsi ciddi siqnal olmalıdır. Çünki Cənubi Qafqazda müəyyən maraqları olan tərəflər eyni zamanda, bu maraqlara xələl gətirəcək amil kimi Ermənistanın davamlı olaraq, təxribatlar törətməsini görməlidirlər. Amma təəssüf ki, bunlara əhəmiyyət verməməsi regionda vəziyyəti daha da qəlizləşdirir. Hər an müharibə baş vermə ehtimalını gücləndirir. Təbii ki, regionda həyata keçirilən strateji layihələrin enerji layihəsinin, nəqliyyat layihələrinin taleyini sual altına qoyur. Bu baxımdan, işğalçı Ermənistanla layiq olduğu tərzdə davranılmadıqca təxribatlarını davam etdirəcəkdir. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən heç biri birgə addımların atılmasında maraq nümayiş etdirmirlər və yaxuda ki, biri-birlərinin təşəbbüslərini dəf etməyə çalışırlar, o baxımdan ki, əgər tutaq ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin birinin təşəbbüsü daha çox üstünlük təşkil edərsə ondan onun gələcəkdə regionda öz maraqlarını daha ciddi təmin etmə imkanı əldə edəcəyi kimi qiymətləndirilir. Bu da münaqişənin tənzimlənməsi prosesini ləngidir. Bu baxımdan, düşünürəm ki, qeyd etdiyim amillər Ermənistana həm də özünü cəzasızlıq şəraitində hiss etməyə imkan verir və bu da münaqişə vəziyyətinin qalmasında status-kvo vəziyyətinin qalmasında təsirli rol oynayır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB