Emin Həsənli: “Əli Kərimli öz cəzalarını almalıdırlar” RƏY-ÖZƏL

Emin Həsənli: “Əli Kərimli öz cəzalarını almalıdırlar” RƏY-ÖZƏL

“AXCP sədri Əli Kərimli sosial şəbəkələrdə fəallaşaraq şou xarakterli və xaricidən verilən müxtəlif tapşırıqlara uyğun pozucu və təxribat xarakterli statuslar paylaşmaqla müstəqil ağıla malik olmadığını nümayiş etdirir”. Bunu SİA-ya açıqlamasında TOHGMİB-nın sədri Emin Həsənli deyib.

Onun sözlərinə görə, bunu Söz yox ki, onun milli və dövlətçilik maraqlarına zərbə vurmağa cəhd etməsinin arxasında Azərbaycan dövlətinin inkişafını istəməyən bəzi xarici qüvvələrin dayanır: “Çünki həmin xarici qüvvələrin istəkləri ölkəmizin əldə etdiyi uğurlara kölgə salmaqdan ibarətdir. Bunun üçün də daxildəki Ə.Kərimli kimi satqın və xəyanətkarlardan istifadə edirlər. Əminəm ki, Ə.Kərimli və onun ətrafında olanlar xəyanətkar əməllərinə görə cavab verəcəklər. Bu Vətənin çörəyini yeyib, suyunu içib, sonrada ona düşmən kəsilmək, yolverilməz haldır. Belələri mütləq öz cəzalarını almalıdırlar. Ancaq qətiyyətlə deyə bilərəm ki, nə xarici, nə də ki, daxili qüvvələrin nə etməsindən və nə deməsindən asılı olmayaraq onların heç vaxtı Azərbaycanla bağlı xoşagəlməz planları baş tutmayacaqdır. Yaxşı olardı ki, onlar bu cür yersiz hərəkətlərindən əl çəksinlər. Əks təqdirdə onları cəza gözləyir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə