Müşfiq Ələsgərli: “Müxalifət liderləri öz ağılları ilə hərəkət etmir” RƏY-ÖZƏL

Müşfiq Ələsgərli: “Müxalifət liderləri öz ağılları ilə hərəkət etmir” RƏY-ÖZƏL

“Bu müxalifətin xarakteridir ki, 26 ildir ki, eyni formada fəaliyyət göstərirlər və yenə də həmin fəaliyyəti davam etdirirlər”. Bunu SİA-ya açıqlamasında Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, ötən dövr göstərdi ki, bunların ictimaiyyət arasında heç bir dayaqları yoxdur: “Yəni hər hansı bir formada etimad qazana bilmirlər. Çünki yerli strukturları yoxdur, bir yerdə mitinq keçirsələr belə 2-3 mindən artıq adam toplaya bilmirlər. İndi isə gücü veriblər sosial şəbəkələrin üzərinə, sosial şəbəkələr üzərində tənzimləyici mexanizmlər olmadığına görə, onlar bu boşluqdan fürsət bilərək istifadə edirlər və o hay-küy yaratmağa çalışırlar. Amma bu da keçici bir məsələdir. Çünki zaman-zaman onlar 26 ildir ki, müxalifətdədirlər və bu 26 illik dövrdə özlərini xalqa sırımaq üçün, xalqın təmsilçisi kimi hər cür metoddan istifadə ediblər, bu da həmin mənasız və əhəmiyyətsiz metoddan biridir. Demək olar ki, sözügedən qüvvələr bu günə qədər bütün texnologiyalardan istifadə etməyə çalışıblar və istifadə etdikləri texnologiyaların heç biridə uğur qazanmayıblar. Bir sözlə, onların bu sosial şəbəkələr üzərindən yaratmağa çalışdıqları hay-küy keçib gedəcək bir şeydir. Çünki onların xalq tərəfindən heç bir dəstəyi yoxdur. Belə olan halda da müxalifətin nə isə bir uğur qazanması mümkün deyil. Ümumiyyətlə, demək olar ki, müxalifət liderləri öz ağılları ilə hərəkət etmirlər, yəni bunlara xaricidən necə komanda verilirsə o cür də hərəkət edirlər”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə