"Şeyxülislam Allahşükür Paşazadə körpü, ünsiyyət yarada biləcək şəxsiyyətdir" ÖZƏL-MÜNASİBƏT
"Şeyx həzrətləri nəinki Azərbaycanda ümumiyyətlə bütün müsəlman dünyasında, dövlətlərində, eyni zamanda beynəlxalq aləmdə tanınmış ictimai din xadimdir. Baxın, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Avropada ən böyük islam təşkilatıdır və islam dini qurumudur. Siz deyə bilərsiniz ki, Türkiyədə, Rusiyada yaşayan müsəlmanların sayı Azərbaycanda yaşayan müsəlmanların sayından çoxdur. Amma məsələ burasındadır ki, bu ölkələrin heç birində bizim təşkilat kimi korporativ qurum yaranmamışdı və fəaliyyət göstərməmişdi". Bunu SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov deyib.
Aparat rəhbərinin sözlərinə görə, bu təşkilatın bu cür nüfuza malik olması və bütün dünyada məşhur olması bilavasitə Şeyxülislam Allahşükür Paşazadənin şəxsiyyəti ilə bağlıdır: "Ona görə də QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün Avropada ən məşhur, nüfuzlu islam din xadimi sayılır. Məhz buna görə də biz onun adını Avropada mövcud olan ictimai təşkilatların əksəriyyətinin rəhbər heyətində görə bilərik. Buna görə onu bütün məşhur tədbirlərə dəvət edirlər və orada onunla məsləhətləşirlər. Məsələn, mən həmin təşkilatda işləyən bir insan kimi Şeyx həzrətlərinə müxtəlif ölkələrin dövlət başçılarının kömək, məsləhət üçün müraciət etməsini və s. hər zaman görmüşəm. Bunlar nədən irəli gəlir?
Birincisi, Şeyxülislam Allahşükür Paşazadə özü son dərəcə bir insan, şəxsiyyət kimi bitgin insandır. İkincisi, Şeyx həddindən artıq savadlı və çox geniş dünyagörüşü olan bir insandır. Bildiyiniz kimi, Allahşükür Paşazadə tarix elmləri doktorudur, professordur, onlarla müxtəlif institutların,eləcə də dünyada mövcud olan müxtəlif universitetlərin fəxri professorudur. Sadəcə olaraq çox qısa müddət ərzində körpü, ünsiyyət yarada biləcək bir şəxsiyyətdir. Hesab edirəm ki, Azərbaycanın müstəqillik dönəmində, siyasi həyatında, Azərbaycanın dövlətçilik həyatında Ümummilli Lider Heydər Əliyev və cənab Prezident İlham Əliyev nə qədər böyük işlər görübsə, Azərbaycanın mənəvi həyatında, milli-mənəvi dəyərlərin qorunmasında və bunların dünyaya çatdırılmasında, yeni azərbaycanlı simasının dünyaya təqdim edilməsində Şeyx həzrətlərinin bir o qədər böyük xidmətləri vardır. Biz QMİ olaraq hörmətli Prezidentimiz cənab İlham Əliyevə Şeyx Həzrətlərini ali dövlət mükafatı olan “Heydər Əliyev” Ordeni ilə təltif etdiyinə görə təşəkkürümüzü bildiririk".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB