Misir İranla baş-başa gəlir

Misir rəhbərliyi İrana məxsus 2 gəmini Süveyş kanalına buraxmayıb. SİA-nın lenta.ru-ya istinadən verdiyi məlumata görə, gəmilər Qırmızı dəniz vasitəsilə Aralıq dənizinə çıxmalı idilər. Lakin İsrailin müdafiə naziri Ehud Barak misirli həmkarı Hüseyn Tantaviyə müraciət edərək, ondan İran gəmilərinin Süveyş kanalından istifadəsinə qadağa qoyulmasını istəyib. Bundan sonra Misir İran gəmilərini ölkəsinin sularına daxil olmasına icazə verməyib.

 

Qeyd edək ki, İsrailin əks-kəşfiyyat idarəsi İranın Süveyş kanalında hərbi gəmi donanmasını yerləşdirmək istədiyini bildirmişdi. İsrailin xarici işlər naziri Aviqdor Liberman beynəlxalq aləmi rəsmi Tehranın bu cür neqativ hallara yol verməsinə münasibət bildirməməkdə günahlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə