Siyalə Rüstəmova: "Bəzi baytar həkimlər saxtakarlıqlara yol verir"
Hesabat xarakterli müşavirədə ölkənin qərb bölgəsinin 20-dən artıq baytarlıq idarələrinin rəhbərləri və əməkdaşları iştirak edib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) rəisi Siyalə Rüstəmova son bir ildə əldə olunan nəticələr, həmçinin qarşıda duran vəzifələr barədə məlumat verib. Xüsusən bölgələrdə xidmət aparan baş baytar həkimlərin işlərinə məsuliyyətlə yanaşmalarının vacibliyi qeyd olunub.
Siyalə Rüstəmova qeyd edib ki, 2010-cu il ərzində regionlardan mərkəzə bir sıra şikayətlər daxil olub: "Bu isə müəyyən boşluqların olmasına dəlalət edir. Məhz bu problemlərin həlli istiqamətində yeni komissiya yaradılacaq. Bizə məlumdur ki, yerlərdə bəzi baytar həkimlər müəyyən saxtakarlıqlara yol verir. Bütün bu faktları araşdıracağıq və lazımi nəticə çıxarılacaq".
Tədbirdə bildirilib ki, son bir ildə iribuynuzlu və xırdabuynuzlu mal-qaranı qarayara xəstəliyinə qarşı qorumaq üçün 6 ml doza vaksin alınıb. Ümumilikdə isə Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə quduzluq, bürslyoz, vərəm və digər virusların yayılmaması istiqamətində yerlərdəki Baytarlıq İdarələri lazımi dərman preparatları ilə tam təmin edilib.
Müşavirdə bölgədə fəaliyyət göstərən həkimlərin ayrı -ayrılıqda məruzələri dinlənilib.
Bütün xəbərlər Facebook səhifəmizdə