Azərbaycan vətəndaşı Avropa Şurası baş katibinin xüsusi nümayəndəsi təyin edilib
Avropa Şurasının baş katibi Tyoborn Yanqland bir sıra ölkələrə özünün xüsusi nümayəndələri, Avropa Şurası ofis rəhbərlərini təyin edib. SİA-nın xəbərinə görə, onlardan biri, Azərbaycan vətəndaşı Ülvi Axundludur. O, baş katibin Moldovada xüsusi nümayəndəsi, Avropa Şurasının Kişinyovdakı ofisinin rəhbəri təyin edilib.
Qeyd edək ki, Ülvi Axundlu 2002-2007-ci illərdə ATƏT-in Bakı ofisində KİV siyasəti üzrə müşavir işləyib. 2007-ci ildə Axundlu Avropa Şurasının Strasburqdakı mərkəzi ofisində fəaliyyətinini davam etbirib və burada Kommunikasiya departamentində KİV-in monitorinqi şöbəsinə başçılıq edib. 2010-cu ildən Axundlu Avropa Şurası və Avropa Birliyinin Moldovada birgə layihəsinə rəhbərlik edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB