ABŞ-ın hüquq-mühafizə orqanları Kalifoniya ştatının cənubunda "Erməni gücü" (Armenian Power) etnik erməni cinayətkar qruplaşmasının 99 üzvünü həbs edib. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, qruplaşmaya qarşı davam edən əməliyyatda yüzlərlə Kaliforniya və federal polisin 1000-ə yaxın əməkdaşı iştirak edib. Həbslər Qlendeyl şəhərində və Şərqi Hollivudda həyata keçirilib.
"Erməni gücü"nün üzvlərinə reketlik, qətllər, adam öldürməyə cəhd, adam oğurluğu, hədə-qorxu ilə pul tələb etmək və digər cinayətlərlə bağlı ittihadan başqa qruplaşma şəxsi məlumatların oğurlanması və dələduzluqla məşğul olmalarıda da ehtimal edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB