Əli Kərimlinin adamları Ştetina vasitəsi ilə erməni lobbisinə işləyirlər ARAŞDIRMA + FOTOLAR
Ortadakı faktlar, dəlil və sübutlar bu həqiqəti tam çılpaqlığı ilə ortaya qoydu
Əgər biz bu gün AXCP sədri Əli Kərimlinin, eləcə də “Milli Şura”nın xarici ölkələrdəki emissarları, “siyasi mühacir” adı altında fəaliyyət göstərənlərin birbaşa erməni lobbisi və lobbiyə dəstək verən müxtəlif təşkilatların rəhbərləri, təmsilçiləri ilə sıx əlaqədə olduqlarını deyiriksə, demək ki, faktlara, dəlil və sübutlara əsaslanaraq bunu edirik. Bu baxımdan, tam əminliklə qeyd etmək olar ki, Kərimlinin “siyasi fəaliyyətinin” əsas istiqamətlərindən biri də birbaşa erməni lobbisinə dəstək göstərən təşkilatlar, həmçinin həmin təşkilatlardan yararlanaraq, anti-Azərbaycan şəbəkəsinin sifarişlərini canla-başla yerinə yetirməkdən ibarətdir.
Jaromir Ştetina 2017-ci ilin fevralında Brüsseldə Azərbaycan əleyhinə keçirilən dinləmələrdə söz sahibi olub
“SƏS” Media Qrupu olaraq, bu xüsusda apardığımız növbəti araşdırmadan sonra faktlara əsaslanan qənaətə gəlmişik ki, Ə.Kərimlinin adamları ermənipərəst “People in Need” təşkilatının rəhbərliyi ilə sıx əlaqədədirlər. Bəs kimdir bu təşkilatın rəhbəri? Həmin təşkilatın rəhbəri uzun illərdir işğal altındakı ərazilərimizə qanunsuz səfərlər edərək, qondarma və separatçı “DQR” rejimi ilə təmaslar quran çex mənşəli Jaromir Ştetinadır. Yəni bu adam dəfələrlə Azərbaycan əleyhinə yönələn addımları ilə yadda qalıb. Misal üçün, hələ 2017-ci ildə fevralın 6-da Brüsseldə, Avropa Parlamentinin qərargahında Azərbaycanla bağlı, daha dəqiqi Azərbaycan dövlətinə qarşı dinləmələrdə iştirak edən Jaromir Ştetina həmin vasitə ilə həm erməni lobbisinin sifarişlərini həyata keçirib, həm də Azərbaycandakı radikal və dağıdıcı təfəkkürə malik xain müxalifətə tərəf qucaq açdığını sübuta yetirib.
Jaromir Ştetina – Bako Saakyanın dostu!
Beləliklə, bəlli olan budur ki, Ştetina həm də Azərbaycanda arzuolunmaz şəxs olaraq birbaşa ölkəmizə, dövlətimizə, xalqımızın maraqlarına qarşı nə varsa, hər şeyi və hər kəsi dəstəkləyir. Əbəs deyil ki, onun “DQR”ə səfərlər edib, separatçı rejim rəhbərliyi, əsasən Bako Saakyanla görüşdüyünü sübut edən çoxsaylı faktlar, fotolar, yazı və dəlillər mövcuddur. Belə olan halda, Jaromir Ştetina bir tərəfdən Bako Saakyanla, işğalçı ermənilərlə görüşüb Azərbaycan əleyhinə fəaliyyətini davam etdirirsə, onun bu fəaliyyətini bilən, dərk edən Əli Kərimlinin yaxın ətrafı – Qənimət Zahid, Natiq Ədilov də ayrılıqda həmin əməkdaşlığı sürdürürsə, buradan hansı nəticəyə gəlmək olar?
Qənimət Zahid, Natiq Ədilov və başqaları birbaşa ermənilərlə mütəşəkkil şəkildə Azərbaycan dövlətinin əleyhinə fəaliyyət göstərirlər
Əlbəttə ki, yuxarıda qeyd edilən fikirlər bu iddianı tamamlayır. İlk növbədə Əli Kərimli və ətrafı, yəni Avropadakı emissarları Qənimət Zahid, Natiq Ədilov və başqaları birbaşa ermənilərlə mütəşəkkil şəkildə Azərbaycan dövlətinin əleyhinə fəaliyyət göstərirlər. Bunun üçün Avropada çoxsaylı görüşlər keçirir və birgə planlar, qrant layihələri hazırlayıb erməni lobbisi ilə məsləhətləşirlər və s. Məgər bundan artıq hər hansı bir faktlara da ehtiyac qalırmı? Yaxud, bu sübutlara milli xəyanətdən başqa daha hansı adları vermək olar? Bax, bu məsələdə dəyərli oxucularımız özləri nəticə çıxarıb, onlara daha hansı adların verilməsini öz aralarında müzakirə etsinlər...
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB