Zaxarovadan ukraynalılara "ÇOX SAĞ OLUN!"

Zaxarovadan ukraynalılara "ÇOX SAĞ OLUN!"

Rusiya XİN-nin xüsusi nümayəndəsi Mariya Zaxarova Ukraynaya təşəkkür edib. Belə ki, Ukrayna 2015-ci ildən bu tərəfə ilk dəfə rusiyalılara məxsus sərnişin təyyarəsini öz hava sahəsinə daxil olmasına icazə verib. SİA “İzvestiya”ya istinadən xəbər verir ki, “Qlobus” aviaşirkətinə məxsus layner İtaliyadan Rusiya Federasiyasına uçuş həyata keçirib və güclü şimşək, həmçinin hava axınına düşdüyü üçün Ukraynanın hava sahəsindən uçmaq üçün icazə istəyib.

“Əla xəbərdir! Çox sağ olun!”, deyə Zaxarova bu gün öz “Facebook” səhifəsində yazıb.

Bugünlərdə “Ukraeroruxa”nın mətbuat xidmətindən bildirilib ki, 2019-cu ilin 17 avqust tarixində Boinq 737-800 hava laynerinin pilotu İtaliyanın Bari şəhərindən Moskvaya GLP636 reysi ilə uçarkən güclü hava axını və şimşək səbindən Ukraynanın hava sahəsindən istifadə etmək üçün razılıq alıb. Razılıq qəza şəraitinin yaranması səbəbindən verilib. Təyyarə ukraynalıların hava sahəsində 26 dəqiqə olub.

Rusiya ilə Ukrayna arasındakı aviaməlumat Kiyevin təşəbbüsü ilə 2015-ci ildən dayandırılıb. Ukrayna hakimiyyəti rusiyalılara məxsus aviaşirkətlərin, həmçinin tranzit uçuşlarının ölkənin hava sahəsindən uçmasına qadağa qoyub.

İyulun 27-də isə, ukraynalılar ölkə prezidenti Vladimir Zelenskiyə aviaməlumatın bərpa olunması ilə bağlı müraciət ediblər.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə