“Gizli İnformasiyaların sızdırılması bizi narahat edir” ARMEN QRIQORYAN
“İstintaq orqanları aydınlaşdırmalıdırlar ki, 1 mart hadisələri ilə bağlı olan gizli sənəd və materiallar necə, hansı üsulla xarici KİV-lərə sızdırılıb”. SİA aysor.am-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərlə söhbətində Ermənistanın Təhlükəsizlik şurasının katibi Armen Qriqoryan deyib. Jurnalistlərin çox vacib bir sənədin digər insanların əlinə keçməsinin nə qədər dövlətçilik üçün təhlükəli olması sualını cavablandırarkən Qriqoryan sözügedən sualdan yayınmaq üçün dünya ölkələrini nümunə göstərib. Onun sözlərinə görə, dünyada elə bir ölkə yoxdur ki, gizli sənədlərin saxlanılmasında boşluqlarla üz-üzə qalmasın. O, buna misal olaraq “WikiLeaks” saytını göstərib: “Gizli məsələlərlə bağlı hər kəs qarşı-qarşıya qalır. Buna nümunə olaraq dünyanın ən güclü ölkəsi olan ABŞ-ın “WikiLeaks” səbəbindən KİV-lərin diqqət mərkəzində qaldığını göstərmək olar”.
Lakin onun sözlərinə gərə, baş verən hadisə yalnız onu deyil, ölkənin təhlükəsizliyinə cavabdeh olan istənilən şəxsi narahat edir. “Bizim üçün çox vacibdir ki, gizli informasiyalar sızdırılmasın, belə ki, gizlilik həm də etibarlıq, təhlükəsizlik deməkdir”, Armen Qriqoryan bildirib.
Qeyd edək ki, ötən gün BBC-də dərc edilmiş materialda 1 mart 2008-ci ildə nümayişçilərə qarşı atəş açanların Qarabağdan gətirilmiş silahlı qrup olduğu bildirilir. Onların prezident administrasiyasının zirzəmisində mənzil qərargah qurduqları, eləcə də gizli qərargahın biznesmenlər Qagik Tsarukyan və Samvel Aleksanyan tərəfindən maliyyələşdirildiyi vuruğulanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB