"Qırğızıstanda növbəti inqilab üçün bütün əsaslar var" ÖZƏL-MÜNASİBƏT
"Hazırda Qırğızıstanda iki hakimiyyətin formalaşmasına doğru proseslər gedir. Amma o proseslərin nə dərəcədə sürətlə gedəcəyi əlbəttə ki, hakimiyyətdən asılıdır. Müşahidələr onu göstərir ki, hakimiyyət təmsilçiləri, güc strukturları kifayət qədər səriştəli hərəkət etmirlər". Bunu SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
Politoloqun sözlərinə görə, Qırğızıstanın eks-prezidenti Almazbek Atambayevin həbsi və məhkəməyə cəlb olunması ilə bağlı hərəkətlər onu göstərir ki, hakimiyyət orqanları Atambayevin tərəfdarları qarşısında aciz olublar: "Digər tərəfdən Almazbek Atambayevin tərəfdarlarının şərti qələbəsi ona imkan verir ki, öz fəaliyyətini daha da fəallaşdırsınlar və hakimiyyət strukturlarında Atambayevə simpatiya edən insanların Atambayevin tələsinə düşməsinə imkanlar yaradır. Çox güman ki, vəziyyət bu axarla getsə, o zaman Almazbek Atambayev hakimiyyət strukturlarında ona simpatiya edən adamların sayını da çoxalda bilər. Beləliklə Qırğızıstanda ikinci yəni növbəti hakimiyyət dəyişməsi üçün münbit şərait yarana bilər. Qırğızıstanda növbəti inqilab üçün bütün əsaslar var. Sadəcə olaraq bu, iştirakçıların hərəkətliyindən asılı olacaq. Yəni, Atambayev axıradək getsə, Qırğızıstanda mitinqlər böyüyəcək və regionlar ayağa qalaxacaq. Atambayevin həm maliyyə imkanları var, həm də hakimiyyət strukturlarında dayaqları mövcuddur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB