Dünən axşam saatlarından etibarən yağan qar Gəncəni ağ örpəyə bürüyüb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, yağan qar özü ilə bir sıra problemlər də gətirib. İstər avtomobillərin, istərsədə piyadaların hərəkətində çətinliklər yaranıb. Şəhərin küçə və prospektlərinin qardan təmizlənməsi işi həyata keçirilib. Xüsusən mərkəzi küçələr, avtomobil yolları, səkilər qardan təmizlənib. Lakin mərkəzdən fərqli olaraq ara yollarda avtomobillərin hərəkəti səhər saatlarında mümkünsüz olub.
Pis hava şəraiti Gəncənin dəmir yolu sahəsində də müəyyən fəsadlar yaradıb. Gəncə-Böyük Kəsik sərnişin qatarı relsdən çıxıb. Əraziyə Gəncə Dəmir Yolu Qərb Bölgəsi üzrə Yük Daşımaları İstehsalat Birliyinin rəsmiləri, həmçinin bir sıra nümayəndələr cəlb olunub.
Fövqəladə halla bağlı Gəncə şəhər İcra Hakimiyyətində qərargah yaradılıb. Tədbirlər planına əsasən ərazinin qardan təmizlənməsi istiqamətində briqadalar hazır vəziyyətə gətirilib. Texnika və mexanizmlər, işçi qüvvələr səfərbər olunub. Həmçinin, qum və duz ehtiyatları görülüb.
Ümumilikdə qarın yaratdığı problemləri aradan qaldırmaq üçün 40-a yaxın texnikadan istifadə edilir. Əhalinin su, qaz və elektrik enerjisində problemlər qeydə alınmayıb. Bunun üçün əlavə briqadalar təyin edilib. Nəqliyyat vasitələrinin rəhbərlərinə, xüsusən sərnişindaşıma ilə məşğul olan avtobusların sürücülərinə xəbərdarlıq edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB