Adıçəkilən erməni nəşri digər xəbərində qeyd edir ki, artıq bir neçə gündür ki, siyasi səhnədə baş nazir Nikol Paşinyanın “Facebook” sosial şəbəkəsindəki canlı yayımında irəli sürdüyü fikirləri müzakirə eidlməkdədir.
“Məsələ ondadır ki, N.Paşinyan anidən bəyan edib ki, 2014-cü ildə, əvvəlki hakimiyyət zamanı gizli sənəd hazırlanıb”, yazan “Joxovurd” əlavə edib ki, baş nazirin sözlərinə görə, həmin vaxt ölkənin hansı səviyyədə olması sözügedən sənəddə tam təsəvvürlə canlandırır: “Sənəddə göstərilir ki, instusional planda dövlət tamamilə paralizə olunub və bütünlüklə iflasa uğrayıb”.
Sənəddə o da göstərilir ki, Ermənistandakı real situaiya necədir və hansı məsələləri həll etmək lazımdır: “Bu bəyanat müxtəlif siyasi güclərdə ajiotaj yaradıb. Əvvəlki iqtidar təmsilçiləri söhbətin hansı sənəddən getdiyini anlamağa çalışırlar. Həm də o qeyd edildiyinə görə, hakimiyyət ondan narahatdır ki, sözügedən sənəd yaxın zamanlarda dərc edilsin, belə ki, müxtəlif siyasi güclər bunu tələb edirlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB