"Rusiyanın müstəsna rolu Vatikan tərəfindən çox üstün dəyərləndirilir" ÖZƏL-MÖVQE
"RF prezidenti V.Putin Roma Papası Fransisk ilə Vatikanda altıncı dəfə görüşdü. Yaxın Şərqdə xristianların xilasında Rusiyanın müstəsna rolu Vatikan tərəfindən çox üstün dəyərləndirilir". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib
Mərkəz sədrinin sözlərinə görə, V.Putin 6 dəfə Vatikana səfər edir, amma hələki Fransisk bir dəfə də olsun Rusiya ərazisinə dəvət olunmayıb: "Roma Papalarının Rusiyaya səfərə dəvət olunması həmişə ciddi mübahisə mənbəyi olub. Faktı sadalamaqda məqsəd odur ki, Vatikanın Rusiyanın gördüyü işə verdiyi önəmi diqqətə çatdırmaqdır. Suriya prosesləri başlayarkən Vatikan Avropa dövlətlərinə, Avropa İttifaqına, ABŞ prezidentlərinə dəfələrlə müraciətlər etdi və xristianlığın vəziyyətini diqqətə çatdırdı. Amma onların heç birisi Yaxın Şərqdə xristianların xilasında rol oynaya bilmədilər. Əgər Rusiya Suriya məsələsi ilə bu qədər ciddi məşğul olmasaydı, bəlkə də artıq Yaxın Şərqdə Xristian qalmayacaqdı. Vatikan az qala V.Putini mömin adam hesab edir. Roma Papası V.Putindən xahiş etdi ki, onu dua etsin.
ABŞ prezidenti D.Tramp RF prezidenti V.Putinə zəng etdi, iqtisadi əlaqələr və Sibir meşələrindəki yanğınlar müzakirə edildi. Rusiya ABŞ-ın yardımını qəbul etməyə hazırdır.
RF prezidenti V.Putin İsrailin Baş naziri B.Netanyahu ilə ikitərəfli əməkdaşlığı və Suriya məsələlərini müzakirə etdi. Fələstin dövlətinin başçısı M.Abbasla müzakirədə Fələstin probleminin həlli variantlarını müzakirə etdi. Danışıq Fələstin tərəfinin təşəbbüsü ilə baş tutmuşdu. RF Xİ naziri S.Lavrovun fikrincə, ABŞ “Cəbhət ən Nüsrə” terrorçu təşkilatını Suriyadakı siyasi proseslərin iştirakçısı etmək istəyir.
ABŞ-da isə Rusiya ilə yaxşı münasibətləri qoruyub saxlamaq barədə düşünürlər. Bu barədə ABŞ Dövlət Katibinin siyasi məsələlər üzrə müavini Devid Heyl Moldovada olarkən məlumat verdi. Xatırladaq ki, Moldovada siyasi böhran Rusiya, ABŞ və Aİ-nin birgə iştirakı ilə aradan qaldırıldı. ABŞ prezidenti D.Tramp da Rusiya ilə düşmənçiliyin dayanmasının tərəfdarı olduğunu bildirdi. Onun fikrincə, Rusiya ilə münasibətləri normallaşdırmamaq üçün heç bir əsas yoxdur.
RF Xarici İşlər Nazirliyi Fars körfəzində Kollektiv Təhlükəsizliklə bağlı konsepsiya ortalığa qoydu. Konsepsiya iri həcmə malikdir, çoxlu detallar var. Ən vacibi Rusiyanın Fars körfəzinə dair konsepsiya təqdim etməsidir.
Rusiyanın Suriyadakı siyasətinə ciddi təhlükə yaranıb; Ankara və Tehran Suriyanı öz bildikləri kimi bölürlər. Başqa sözlə, Ankara və Tehran Suriyada Moskvanın maraqlarının əleyhinə işləyirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB