“Ermənistanın baş naziri Nikol Paşinyan müvəqqəti hakimiyyətdə olduğunu analayaraq, qorxudan radikal çağırışlar edir, “Qarabağ kartı”nı oynamağa çalışır. Əslində isə o, bir neçə istiqamətdə təzyiqlər altındadır”. Bu fikirləri SİA-ya Milli Məclisin deputatı Asim Mollazadə Ermənistan rəhbərliyinin Xankəndində mitinqdə söylədiyi fikirlərə münasibət bildirərkən deyib.
Ermənistanın müstəqil ölkə olmadığını, hərbi baza olduğunu xatırladan deputat söyləyib ki, bu istiqamətdə keçmiş hərbi cinayətkarların özləri və onların tərəfdarları Paşinyana təzyiqlər edirlər.
Onun sözlərinə görə, bununla yanaşı dünyada orta əsr təfəkkürü ilə yaşayan millətçi diasporanın Paşinyan üzərində təzyiqləri onu Xanəndəndində etdiyi çıxışlara vadar edir.
A.Mollazadə qeyd edib ki, hər gün bir-birinə zidd bəyanatlar verən Paşinyan söylədiklərini ölkəsinin strategiyası kimi qələmə versə də, əslində bu fikirlərin onun ölkəsinin məhvinə aparan həqiqətlər olduğunu söyləməkdən qorxur: “Mənə elə gəlir ki, son baş bəyanat Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi üçün əlavə faktlardır. Bununla biz beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın danışıqlar prosesi ilə bağlı apardığı oyunlarının mahiyyətinə cəlb edə bilərik”.
Deputat vurğulayıb ki, Ermənistan rəhbərliyinin Xankəndində beynəlxalq hüquq normalarına zidd addım atsa da, hələ də beynəlxalq təşkilatlar tərəfindən buna reaksiya verilmir: “Bu özlüyündə onların zəifliyi, hüququn alliliyinə hörmətsizlikdir. Həmin təşkilatlar əslində öz təməl sənədlərini rədd etmiş olurlar. Əslində isə beynəlxalq təşkilatlar öz üzərinə düşən vəzifəni görməli, hüququn aliliyini müdafiə etməlidirlər Əgər beynəlxalq təşkilatlar son baş verənlərə baxmağa davam edərək, susacaqsa, demək ki, hüququn aliliyinin müdafiə olunmur. Nəticə etibarı ilə bu, bir sıra dünya ölkələrində faciələrin artmasına təkan verə bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB