Masallıda “Sağlam qadın, sağlam ailə, sağlam uşaq” mövzusunda təlimlər keçirilir
Masallı rayonunda "Hər gününü rahatlıqla yaşa" mövzusunda maarifləndirici proqramlar həyata keçirilir. Rayon İcra Hakimiyyətindən SİA-nın cənub bürosuna verilən məlumata görə, Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi "Dan" İctimai Birliyinin əməkdaşlığı ilə "Sağlam qadın, sağlam ailə, sağlam uşaq" layihəsi çərçivəsində keçirilən iki həftəlik təlim kurslarında 1000-ə yaxın qadının iştirakı nəzərdə tutulub.
Təlimlərdə "Dan" İctimai Birliyinin üzvləri psixoloq Sevinc Məmmədova, həkim Mətanət Mahmudova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rayon İcra Hakimiyyətində əlaqələndiricisi Naibə Aslanova özünüdərketmə, ailə planlaşdırılması və şəxsi gigiyena mədəniyyəti haqqında anlayışlar verir, həmin problemlərlə bağlı iştirakçıları maraqlandıran sualları cavablandırırlar.
Artıq qeyd olunan tədbir Masallı şəhərində, Hişkədərə, Təzə Alvadı, Mahmudavar, Şərəfə kəndlərində və Ərkivan qəsəbəsində baş tutub. Bu səpkili tədbirlərin rayonun ucqar kəndlərindən olan Həsənli, Qızılağac və digər kəndlərdə də keçirilməsi nəzərdə tutulub.
Əlavə edək ki, fevralın 7-dən başlanan iki həftəlik təlim kursları fevralın 18-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB