Ketrin Eşton: “İran hakimiyyəti öz vətəndaşlarına hörmət etməlidir”

Ketrin Eşton: “İran hakimiyyəti öz vətəndaşlarına hörmət etməlidir”

Avropa Birliyinin beynəlxalq məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton İsrailin xarici işlər naziri Aviqdor Libermanla görüşüb. SİA-nın xəbərinə görə, görüşdə əsas mövzu İranda baş verən son hadisələr olub. Ketrin Eşton İran hakimiyyətini əhalinin dinc nümayişlər keçirmək hüququna hörmətlə yanaşmağa çağırıb. O, qeyd edib ki, rəsmi Tehran öz vətəndaşlarına hörmət etməli, onların hüquqlarını, o cümlədən fikir azadlığını və dinc toplaşmaq hüququnu qorumalıdır: "Avropa Birliyi İranda baş verən hadisələri, ən əsas bir neçə müxalifət üzvünün hərkətlərinin məhdudlaşdırılmasını və bu gün küçələrdə keçirilən etirazları diqqətlə izləyir".

 

Eyni zamanda İranda baş verən hadisələrə Fransa da münasibət bildirib. Fransa qəti şəkildə İran polisinin nümayişçilərə qarşı göstərdiyi qəddarlığı pisləyib. Fransa xarici işlər nazirliyin nümayəndəsi Bernard Valero fevralın 14-də bütün həbs olunan nümayişlərin azad olunmasını tələb edib.

Bütün xəbərlər Facebook səhifəmizdə