"Paşinyan auditoriyaya hesablanmış addımlar atmaq məcburiyyətindədir" ÖZƏL-MÖVQE

"Paşinyan auditoriyaya hesablanmış addımlar atmaq məcburiyyətindədir" ÖZƏL-MÖVQE

"Ümumiyyətlə hazırda Ermənistanın baş naziri Nikol Paşinyan daxili auditoriyaya hesablanmış addımlar atmaq məcburiyyətindədir". Bunu SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.

"Nəzərə almaq lazımdır ki, bu ilin sentyabr ayında qondarma rejimdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcəkdir. Güman etmək olar ki, Paşinyan bu seçkilərdə onun hakimiyyətinə loyal baxışlı insanların üstünlük təşkil etməsinə çalışacaqdır. Çünki gələn ildə qondarma rejimdə parlament və prezident seçkiləri keçiriləcək. Bu baxımdan Paşinyan maksimum fəallığını nümayiş etdirməklə elektorat bazasını qondarma rejimdə formalaşdırmağa çalışır. Hesab edirəm ki, Paşinyanın Xankəndində keçirəcəyi mitinqdə əsas məqsəd məhz bundan ibarətdir"-deyə, E.Mirbəşiroğlu fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə