“Polislərin hüquqlar pozulur, diskriminasiya halları var” Erməni ombudsmanı

“Polislərin hüquqlar pozulur, diskriminasiya halları var” Erməni ombudsmanı

“Ermənistanın ombudsmanının ofisindən bildirilir ki, qurum konstitusiya məhkəməsinə müraciət edərək, barələrində cinayət işi qaldırılmış və işləri istintaqda olan polis işçilərinin hüquqlarının pozulduğundan narahatlıq keçirdiyini bəyan edib”. SİA xəbər verir ki, bu barədə panorama.am saytı yazır.

Məlumata görə, məsələ ondadır ki, barələrində cinayət işi qaldırılmış və işləri istintaqda olan polislər eyni zamanda əmək haqqı almaqdan, öz xahişi olmadan işdən uzaqlaşdırılırlar və eyni zamanda başqa işə təyin olunmaq hüququndan məhrum olurlar.

“Mövcud vəziyyətdə hər hansı bir polisə qarşı irəli sürülmüş ittiham məhkəmənin qərarı ilə sübuta yetirilmirsə, həmin polis həm özünün, həm də ailəsinin tələbatlarını ödəyəcək vəziyyətdə olmur”, deyə qeyd edilən məlumatda o da bildirilir ki, nəticədə onun bir sıra hüquqları pozulur. Xüsusilə azad iş seçmə, şəxsinə və ailəsinə hörmətdən məhrum olma kimi hallar baş qaldırılır, günahsızlıq prizumpsiyası pozulur, bu da diskriminasiya kimi qiymətləndirilir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə