Mediada Arif Əliyev “canfəşanlığı” SİYASİ RAKURS-ÖZƏL

Mediada Arif Əliyev “canfəşanlığı” SİYASİ RAKURS-ÖZƏL

Yaxud, Sorosun adamı yenə də şou-makler rolunda

Son vaxtlar Azərbaycan mətbuatında özlərini “kapitan” kimi sırıyan, lakin medianın yefreytorları belə olan bilməyən şəxslərin növbəti dəfə suyu bulandırmaq cəhdləri üzə çıxıb. Əslində, hər kəsin bildiyi kimi, “Media Klubu” adlandırılan və bilavasitə dünyanın baş subulandıranı Corc Sorosun sifarişləri ilə çörək yeyən bu ünsürlərin hər biri haqqında, çirkin əməlləri barədə çoxsaylı faktlara istinad etmək olar. Lakin daha yaxşı olardı ki, belələri barədə ayrı-ayrılıqda yazılsın, yəni bütün isbatlı, arqumentli təfsilatları ilə…

Bu adamın reallıqda özünü beş-on dollara satılan biri olduğunu hər kəs yaxşı bilir, xatırlayır

Beləliklə, ilk beləsi ölkə mediasının qrantyeyəni kimi tanınan, özünü “jurnalistikanın təəssübkeşi” kimi təqdim edən, daha çox “canfəşanlıq” göstərən Arif Əliyevdir. Bəs daha kimdir A.Əliyev..?

A.Əliyev ilk növbədə Azərbaycan mediasında baş verən bütün müsbət hallara - ümumiyyətlə, KİVDF, Mətbuat Şurası və s. bu kimi mediaya bağlı qurumlara qarşı qısqırdılan əsas sorosçu olmaqla yanaşı, həm də şou-maklerdir. Dəqiq desək, onun sözügedən məsələlərdə yan-yörəsindəkilərdən daha öndə olması danılmaz faktdır. Misal üçün, bir müddət əvvəl KİVDF-nin print-media ilə bağlı qəbul etdiyi məlum qərarına qarşı siyasiləşmiş fikirlər irəli sürmək, bununla da Azərbaycan dövlətinin media siyasətini hədəfə almaq A.Əliyevin Soros dayısından aldığı sonuncu tapşırıqlarından biridir.

Ölkə mətbuatının daha səmərəli və keyfiyyətli standartlara keçid etməsi kimi məsələlərdə özünü “mətbuat qiyamçısı” və “haqq-ədalət carçısı” prinsipi ilə ictimai rəyə zorla dürtüşdürən A.Əliyev görünür, özünün keçmişini ya unudur, ya da mediada şou-maklerlik edərək, haqqında formalaşmış fikirləri yayındırmağa çalışır. Misal üçün, bu adamın reallıqda özünü beş-on dollara satılan biri olduğunu hər kəs yaxşı bilir, xatırlayır. Xüsusilə, yazılı mətbuatda illərdir fəaliyyət göstərən jurnalistika adamları hər şeyin necə, nə cür olduğunu daha müfəssəl bilirlər. Ona görə də, yenidən qayıtmalı oluruq Sorosa...

Guya o və yan-yörəsindəki “media yefreytorları” bu pullarla Azərbaycanda mətbuatın inkişafına dəstək olurlar və s.

Məlumdur ki, Corc Soros “mətbuata yardım” adı ilə müxtəlif ölkələrdə öz əlaltılarına yüz minlərlə vəsait göndərən bir kəsdir və A.Əliyev də bunu yaxşı bildiyi üçün son illərd qərbli daydayısının balağından möhkəm yapışıb. Əgər bu gün “Media Klubu” adlanan bir şər-böhtan dağarcığı fəaliyyət göstərirsə və onun başında dayanan əsas adamlardan biri də məhz A.Əliyevdirsə, demək hər şey tam çılpaqlıı ilə aydın olur. Guya o və yan-yörəsindəki “media yefreytorları” bu pullarla Azərbaycanda mətbuatın inkişafına dəstək olurlar və s. Ancaq fakt budur ki, istər A.Əliyev, istərsə də digər onunkimiləri yüzminlərlə vəsaiti mənimsəyrilər, öz şəxsi vəsaitləri kimi aralarında bölüşdürdülər. Göründüyü kimi, həmin qrantları bölüşdürənlər yenə də bir aradadırlar və mətbuatımızın inkişafına doğru atılan hər addıma qarşı necə deyərlər, “qulp” qoymağa cəhdlər göstərirlər.

Yaxud, A.Əliyev həqiqətən də Soros daydayısından “mətbuatın inkişafı” üçün qrantlar alırsa, buraxdıqları qəzetləri, açdıqları sayt və portalları, yayım firmaları haradadır? Əlbəttə ki, ciblərində! A.Əliyevə havayı yerə qrantyeyən adını qoymayıblar ki..!

Arif Əliyev AXC hakimiyyəti dövründə də, indiki kimi bənzər mənfi imicə, xəyanətkarlıq simvolikasına malik olub

Beləliklə, həm də nəticəyə gələ bilərik ki, Arif Əliyevin özünü "aparıcı media simalarından biri kimi” təqdim etməsi onun bugünkü fəaliyyəti ilə yox, əsasən, onun keçmiş fəaliyyəti ilə daha çox bağlı ola bilər. Çünki faktlar mövcuddur ki, Arif Əliyev AXC hakimiyyəti dövründə də, indiki kimi bənzər mənfi imicə, xəyanətkarlıq simvolikasına malik olub. Bunu elə həmin dövrlərdə mətbuatda olan, bu gün də mediada təmsil olunan sayt və qəzet baş redaktorları da təsdiq edə bilərlər. Təsdiq edə bilərlər ki, bu fərd, pul-para üçün daim mənsub olduğu media cameəsini hər an satmağa hazırdır, necə ki, indinin özündə də satır, satılır...

Maraqlıdır, hanı həmin o milyon dollarlıq qrantlar “cənab” Arif Əliyev?

Burada yenə də uzağa getməyərək, A.Əliyevin hələ də başı üzərində mövcud olan sualı cavablandıra bilməməsi faktını xatırlatmağa ehtiyac yaranır. Onun media rəhbəri kimi, 11 il öncə xaricdən aldığı 1 milyon ABŞ dolları həcmindəki maliyyə yardımı hansı tərəfə “uçdu”? Bəli, söhbət yenə də “Gün Səhər” adlı qəzetdən və həmin qəzetə xərclənən pullardan gedir və bu gün heç bir media adamı deyə bilməz ki, adi, bir neçə səhifəlik qəzetin bir illik çapına 1 milyon dollar xərcləmək lazımdır. Halbuki 1 milyon dollara hələ 11 il öncə bir neçə qəzet və çap müəssisəsi açmaq, uzunmüddətli fəaliyyət göstərmək olardı. A.Əliyevin “Gün Səhər”i isə vur-tut bir neçə ay işıq üzü gördü və...

Və bağlanaraq tarixin arxivinə qovuşdu. Maraqlıdır, hanı həmin o milyon dollarlıq qrantlar “cənab” A.Əliyev? Əlbəttə ki, banklarda faiz toplamaqda, villa və bahalı avtomobillərdə, o cümlədən kefdə-damaqda yatır həmin qrantın kökü. Bəlkə elə deyil? Elə deyilsə, niyə bu sualın cavabı hələ də verilməmiş qalır?!

Yəqin ki, növbəti yazımızda daha müfəssəl məlumatlarımızla bu sualı inkişaf etdirəcəyik, ta A.Əliyevin günahkar keçi qismində yalvarış etiraflarını edənə qədər...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə