"Bunlar Azərbaycan daxilində gərginliyi artırmağa hesablanıb" ÖZƏL-MÜNASİBƏT

"Bunlar Azərbaycan daxilində gərginliyi artırmağa hesablanıb" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən infrastrukturun yaradılması beynəlxalq təşkilatların dişsizliyinə dəlalət edir. Bu bir növ ATƏT-in, Minsk Qrupunun yarıtmaz siyasətini göstərir". Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

"İkincisi BMT-nin Təhlükəsizlik Şurasının hörmətsiz bir qurum olduğunu gündəmə gətirir. Üçüncüsü ATƏT-in həmsədr dövlətlərinin Ermənistana bir xristian dövlət həmrəyliyi göstərməsinə dəlalət edir. Dördüncüsü Ermənistan rəhbərliyinin həyasızlığına dəlalət edir. Çünki bunlar həddindən artıq həyasızdırlar. Yəni onlar erməni xislətinə uyğun olaraq hərəkət edirlər. Ona görə də Azərbaycan XİN rəhbəri nə qədər bəyanat versə də bunlara o təsir etmir. Bir sözlə, “küylə donuz darıdan çıxan deyil”. Bu mənada Ali Baş Komandan, Prezident İlham Əliyevin tutduğu mövqe daha düzgün mövqedir. Azərbaycan öz gücünə öz ərazi bütövlüyünü bərpa etməlidir. Əks təqdirdə işğal olunmuş ərazilərimizdə bunların həyazıslığı davam edəcək. Bunlar hamısı Azərbaycan daxilində gərginliyi artırmağa hesablanıb. Çünki istər-istəməz tək Dağlıq Qarabağda deyil, ətraf rayonlarda xarici dövlətlərdən erməniləri, yerli kürdlərin gətirilib yerləşdirməsi, onlar üçün şəraitin yaradılması xüsusilə işğal olunmuş Laçın, Kəlbəcər, Zəngilan kimi rayonlarda bunların yerləşdirilməsi həmin rayonlardan olan əhalinin dövlətdən narazılığının artırıımasına hesablanıb. Ermənilər burada çox məkrli bir siyasət yürüdür. Ona görə də biz artıq sözdən əmələ keçməliyik”-deyə, C.Nuriyev fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə