Ermənistan hakimiyyətinə qarşı yeni müxalifət

Ermənistan hakimiyyətinə qarşı yeni müxalifət

Ermənistanın siyasi meydanında yeni bir müxalifət qüvvəsi yaranır. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, “Past” qəzetinin yazdığına görə, bu yaxınlarda "Siyasi platforma" təşəbbüsü ictimai təşkilat kimi qeydiyyata alınıb.

Qəzetin yazdığına görə, bu yeni qeyri-hökumət təşkilatı tezliklə partiyaya çevriləcək. Nəticədə bu da Ermənistanın siyasi səhnəsində yeni bir müxalifət qüvvəsinin yaranacağını göstərir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə