"Ermənistan tərəfi təxribatçı əməllərini davam etdirir" ÖZƏL-MÜNASİBƏT
"Ermənistanın indiki rəhbərliyi heç də keçmiş rəhbərliyin dəsti-xəttindən çox uzağa getməyib. Onlar təxminən eyni siyasət aparmaqla məşğuldurlar". Bunu SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
"Hər halda cəbhədə köklü surətdə dəyişiklik hiss olunmur. Baxmayaraq ki, danışıqlar prosesində məhz atəşkəs rejiminə əməl olunması və hümanitar addımlarla bağlı konkret məsələlər müzakirə olunurdu. Amma görünür ki, bu müzakirələr heç bir fayda vermir. Ümumiyyətlə Ermənistan tərəfindən təmas xəttində təxribatların əsas məqsədi həmişə olduğu kimi danışıqlar prosesini pozmaqdır. Bu ilin sentyabr ayında Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü planlaşdırılırdı. Bu görüş çərçivəsində sonuncu XİN rəhbərlərinin görüşündən sonrakı proseslər, məsələlər müzakirə olunacaqdı. Ermənistan tərəfi çalışır ki, cəbhədəki gərginliyi Azərbaycanın üzərinə atsın. İşğalçı ölkə həmsədrlərin və dünya ictimaiyyətinin diqqətini yayındırır və guya Azərbaycan pozuculuq hərəkətləri ilə məşğuldur. Azərbaycan tərəfi danışıqlar prosesində konkret məsələlərin müzakirəsinin tərəfdarıdır"-deyə, İ.Vəlizadə fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB