Ermənistan zibilliklərdən yaxa qurtara bilmir

Ermənistan zibilliklərdən yaxa qurtara bilmir

İrəvanın zibillərdən təmizlənməsi məsələsi hələ də öz həllini tam şəkildə tapa bilməyib və bu səbəbdən də Ayk Marutyan “Sanitek” şirkətinə müraciət edərək bildirib ki, artıq əvvəlki kimi əbədi olaraq gözləmək mümkün deyil. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, şəhər meriyasının mətbuat xidmətindən verilən informasiyaya görə, ötən həftə İrəvana iki yeni zibil yük maşını gətirilib.
Məlumatda deyilir ki, Sanitek nümayəndəsi bir daha şirkətin yeni zibil yük maşınları və konteynerlər almaq niyyətində olmadığını bildirib.Sanitek ilə bağlanmış müqaviləyə görə isə, şəhərdə 16000 zibil qutusu olmalıdır, lakin hal hazırda 4000 zibil qutusu var. Onlar isə hamısı istifadəyə yararsızdır. Zibil konteynerlərinin dəyişdirilməsi mütləq şəkildə vacibdir.
“Seçkiqabağı mərhələdə zibil şəhərini təmizləyəcəyimizi dedim və bu gün sözlərimi təsdiq edirəm. Sizinlə və ya siz olmadan bu olmalıdır. Məsələnin necə olacağı yalnız şirkətinizə bağlıdır. Anlamalısınız ki, iş uğursuz olarsa, şirkət müvafiq qiymətləndirmə alacaqdır”, deyə paytaxt meri Ayk Marutunyan qeyd edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə