Tunisdə başlayan və Misirdə davam edən üsyanların ilk şok dalğası İtaliyanı vurub. SİA-nın xəbərinə görə, İtaliyanın Lampedusa adası bu ölkələrdən qaçan siyasi mühacirlərin axınına uğrayıb.
Son bir həftə içərisində 4 mindən çox tunizli Aralıq dənizi üzərindən Lampedusa adasına keçib. Hazırlıqsız yaxalanan İtaliya Lampedusa adasına hərbi birliklər göndərib və Avropa Birliyindən təcili yardım istəyib.
Lampedusada artıq yer qalmadığı üçün İtaliya Qızıl Xaç Cəmiyyəti Siciliya adasında da çadır şəhərcikləri qurmağa məcbur olub. Müharicləri daşıyan qayıqların batması nəticəsində ölənlərin də olduğu bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB