Robert Köçəryanı azad edən hakimin səlahiyyətləri müvəqqəti olaraq dayandırılıb. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan informasiyaya istinadən xəbər verir ki, bu barədə Ermənistan Ali Məhkəmə Şurasından sözügedən sayta məlumat verilib.
Məlumata görə, iyulun 27-də Ermənistan Ali Məhkəməsi Şurası Baş Prokurorluğun ümumi yurisdiksiya məhkəməsinin hakimi David Qriqoryan barəsində cinayət işinin açılması və səlahiyyətlərini müvəqqəti dayandırması tələbini təmin edib.
Ali Məhkəmə Şurasının mətbuat xidmətinin məlumatında qeyd olunur ki, hakim David Qriqoryanın səlahiyyətləri müvəqqəti olaraq dayandırılıb. Bundan əvvəl də aysor.am bu işə toxunub və David Qriqoryanın rəsmi saxtakarlıqda şübhəli bilindiyini də qeyd edib. Hətta, vəkil Georqiy Melikian, David Qriqoryana qarşı cinayət təqibinin, Ermənistanın ikinci prezidenti Robert Köçəryana və digər yüksək vəzifəli məmurlara qarşı qaldırılan cinayət işində səlahiyyətli orqanlarla razılaşdırılmayan bir qərarın alınması ilə əlaqədar olduğu da nəzərə çatdırıb.
Xatırladaq ki, David Qriqoryan Robert Köçəryana və digərlərinə qarşı qaldırılmış cinayət işinə xitam verilməsi barədə qərar qəbul etmiş və Ermənistan Cinayət Məcəlləsinin 300.1-ci maddəsinin konstitusiyasına dair suala cavab vermək üçün Konstitusiya Məhkəməsinə müraciət edən hakimdir.
Görünür, Paşinyan hakimiyyəti öz iradəsinin, istəyinin əleyhinə olanlara qarşı repressiyaları davam etdirir. Ermənistanın yeni hakimiyyəti hüququ əsası olub-olmamasından asılı olmayaraq əleyhində olnalara qarşı qanunsuz, amansız davranır və hətta cəzalandırır da.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB