"Heç vaxt Ermənistandan konstruktiv addımların atılacağını gözləmək mümkün deyil. Çünki Ermənistan rerrorçu və işğalçılıq siyasətini həyata keçirən bir dövlətdir". Bunu SİA-ya politoloq Elşad Mirbəşiroğlu deyib.

Politoloqun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlardan o halda irəliyə doğru addımlar gözləmək olar ki, burada beynəlxalq təşkilatlar tərəfindən işğalçı ölkə olan Ermənistana qarşı ciddi təzyiqlər edilsin: "Cəbhədə atəşkəs rejiminin tez-tez pozulması Ermənistanın özünün təxribatıdır. Demək olar ki, burada Ermənistanın istəyi Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində gedən danışıqlar zamanı diqqəti əsas mövzudan kənar, yəni Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda tənzimlənməsi məsələsini arxa plana keçirmək istəyi ilə bağlıdır. Bu da Ermənistanın ikiüzlü siyasətindən irəli gəlir. Bu siyasət artıq dünya birliyi tərəfindən ifşa olunmaqdadır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB