Dünən Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının yaranmasının 26 illiyi ilə bağlı rayon təşkilatı tədbir keçirib.
YAP Tovuz rayon təşkilatının sədri Məzahir Bayramov partiya üzvlərini yubiley münasibətilə təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb. M.Bayramov YAP ideyasının respublikanın çox gərgin bir dövrdə Ulu Öndərimiz Heydər Əliyev tərəfindən yaradılmış tarixi bir partiya olduğunu bildirib: "Ümummilli Lider Heydər Əliyev ideyaları ilə silahlanmış Yeni Azərbaycan Partiyası həmişə və bu gün də Möhtərəm Prezident, partiyamızın Sədri İlham Əliyevin müəyyənləşdirdiyi daxili və xarici siyasəti uğurla həyata keçirir, doğma Azərbaycanımızın dünya dövlətləri içərisində tutduğu layiqli mövqeyinin möhkəmləndirilməsi yolunda yorulmaz fəaliyyədədir".
Tədbirdə YAP Tovuz rayon təşkilatının idarə heyyətinin üzvü Fərman Qurbanov, gənclər birliyinin sədri Nihad Pənahov və başqaları çıxış edərək, Ulu Öndər Heydər Əliyev kimi böyük şəxsiyyətin qurucusu olduğu partiyanın daim uğurlar qazandığını vurğulayıblar. Bildiriblər ki, YAP Cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün bölgəmizin ən qüdrətli siyasi qüvvəsidir: "Partiyamızın qüdrəti güclü ideologiyaya və güclü liderə malik olmasındadır".
Sonra rayon təşkilatının və ərazi ilk partiya təşkilatlarının üzvləri rayon təşkilatının yaranmasında fəallıq nümayiş etdirən partiya üzvləri ilə görüşmüş, partiya həyatında xidmətləri olanları Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif ediblər.
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB