Atılmış patronlar, yaxud geriyə yolu olmayan Ermənistan

Atılmış patronlar, yaxud geriyə yolu olmayan Ermənistan

“Azadlıq”, “Milli Gündəlik”, “Ərik Ölkəsi”, “Ermənistan Demokratik Partiyası”, “Birləşmiş Ermənistan”, “Ramkavar Azatakan”, “Daşnaqsütun” partiyaları Ermənistandakı məhkəmələr ətrafında baş verən hadisələrlə bağlı ortaq bir bəyanat verib verib. SİA Ermənistana məxsus 1in.am saytında yayımlananməlumata istinadən xəbər verir ki, bəyanatın mətni çox kəskindir və ultimativ ritorikada, tərzdə yazılıb.

Məlumata görə, bəyanatın mətnində parlamentdənkənar qüvvələr siyasi hakimiyyəti qəsbkarlıqdda günahlandırır. Bu sadalanan yeddi partiya "bütün qanunsuz hərəkətlərə qarşı çıxacaqlarını və təşkilatçıları məsuliyyətə cəlb edəcəklərini" bəyan edirlər.

Erməni Politoloqu Levon Şirinyan 1in.am-a müsahibəsində bildirir ki, partiyaların sayı olduqca çoxdursa da onlar təsir imkanlarına malik deyillər.

“Onlar rusların təsiri altında, o dövrdən qalma partiyalardır və keçmişin qalıqlarıdır. Aralarında yalnız biri yenidir, amma o da keçmişdən yaşananlardandır. Onların, bu yeddi partiyanın təsiri sıfıra bərabərdir”, deyə Levon Şirinyan bildirib.

Politoloq bu partiyaların təsir imkalarının olmadığını desə də hakimiyyətə xəbərdarlıq etməkdən də çəkinməyib. Bildirib ki, siyasi hakimiyyət bu narazılıqları görməlidir və nə edəcəyini təxmin etməlidir.
Şirinyanın iradlarına görə, bu yeddi partiya heç bir qüvvə demək deyil və onlar sadəcə “atılmış patronlar”dır.
“Geriyə yol yoxdur. Bu partiyalar hansısa bu və ya digər şəkildə siyasətdə olublarsa da heç zaman, heç bir rol oynamayıblar. Bunlar siyasətdə nə isə əldə etmək üçün olublar və hər zaman köhnə texnologiyalar tətbiq ediblər”, deyə politoloq fikirlərini bölüşüb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə