Rəsul Quliyev: "Əli Kərimlinin, başından böyük layiq olmadığı iddialara düşməsi, axmaqlıqdan başqa bir şey deyil"
"Aşığın sözü qurtaranda, dalay-dalay deyir" atalar misalını bugünkü müxalifət düşərgəsinin "liderlərinə" aid etmək yerinə düşür. Neyləsinlər, dağıdıcı düşərgənin sakinləri olan AXCP, Müsavat və digərləri siyasi meydandan yox olmağa və nüfuzlarını itirməyə doğru getdiklərini yaxşı bilirlər. Görünür, elə bu baxımdan da, "əsl müxalifət" "titulunu" ortaya atmaqla, boş və mənasız "iddialarına" nail ola biləcəklər.
Ancaq bu iddiada olanlara öz həmkarlarının dili ilə "bu boş xülyalarla 25 ildir ki, yaşayırsınız, nəticə nə oldu? Biabırçılıq" cavabını veririk.
Rəsul Quliyev: "10 nəfərdən biri, özünü "ana müxalifət" adlandırırsa, görünür, onlar axmaq olaraq qalacaqlar"
Eks-spiker Rəsul Quliyev müxalifət düşərgəsindəki vəziyyəti şərh edərkən bildirib ki, bu, çox gülməli və diletantların istinad etdiyi nəzəriyyədir: "Müxalifət xalqı ayağa qaldırmaq şansına malik deyilsə, hansı "ana müxalifət" və yaxud da "əsl müxalifət"dən danışmaq olar? Bu "badbaxtlar" anlamırlar ki, bu gün hər hansı partiya sədri öz ətrafında 5-10 nəfərin o biri partiya sədrindən artıq olmasından qürrələnməməli, "ana müxalifətçilik" yarışı aparılmamalıdır. Çünki hər şey bir kənara, heç olmasa, uğursuzluqlardan nəticə çıxarmalıdırlar. Ancaq atalar demişkən, "utanmasan, oynamağa nə var ki?"
Sərdar Cəlaloğlu: "Azərbaycanda "ana müxalifət" küçə müxalifəti səviyyəsindədir"
ADP sədri Sərdar Cəlaloğlu sözügedən məsələyə aydınlıq gətirərək, bəzi səbəblərə görə, "ana müxalifət" termininin artıq gündəmdən çıxdığını söyəlyib: "Ana müxalifət" adına iddialı olanlar güclü olmalıdırlar,
xalq tərəfindən dəstəklənməlidirlər. Müxalifət düşərgəsində sürünənlər var. Bu gün müxalifət düşərgəsində xalqın problemlərini təkcə öz çiyninə götürəcək nə elə bir partiya var, nə də "ana müxalifət" deyilən anlayış. Azərbaycan reallığında "ana müxalifət" bu günə qədər küçə müxalifəti səviyyəsində qalır. Belə olan müxalifət düşərgəsində olan partiyalar hansı əsasla "əsl müxalifət" iddiasına düşürlər? Yaxşı olar ki, oturduqları yerdə oturub şükür etsinlər".
Sahib Kərimli: "Ə.Kərimli, İsa Qəmbər və Arif Hacılı kimilər siyasətdən birdəfəlik getməlidirlər"
AXCP sədri Ə.Kərimlinin sabiq müşaviri Sahib Kərimlinin "facebook" profilində ənənəvi müxalifət liderlərini siyasətdən getməyə çağırıb: "Başda Ə.Kərimli olmaqla xalq hərəkatından doğulan partiyaların iddialı müxalifət liderləri siyasi postlarından getməlidilər. Bir də saxtakar və satqının "liderlik" iddiası axmaqlıqdır. Bir də söyüşlə, satqınçılıqla rəhbərlik etdiyiniz partiyada, sədr kimi qəbul edilmədiyiniz halda, utanmadan hansı "əsl müxalifət"çilik uğrunda çəkişirsiniz? Axmaqlıq etməyin, tərk edin siyasət meydanını."
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB