Elxan Şahinoğlu: “Paşinyanın Qarabağ separatçılarına və İrəvandakı Qarabağ klanına təsiri çox zəifdir” RƏY-ÖZƏL
“Paşinyan hakimiyyətə gələndən sonra Dağlıq Qarabağ separatçıların liderləri arasında müəyyən münaqişə var”. Bu fikirləri politoloq Elxan Şahinoğu qondarma “DQR” separatçıları ilə Ermənistan hakimiyyəti arasında baş verən qarşıdurmalara münasibətini açıqlayarkən deyib. Onun sözlərinə görə, bu münaqişənin də zəmini ondan ibarətdir ki, həmin separatçılar Paşinyanın, deyil Paşinyana rəqib olan Köçəryan və Sarkisyan cütlüyünün təsiri altındadırlar: “Paşinyan üçün əsas rəqib məhz Köçəryan və Sarkisyandır. Ona görə də, Paşinyan istəyir ki, Qarabağ seporatçıları ona tabe olsun. Amma onlar tabe olmurlar və zaman-zaman Paşinyan əleyhinə açıqlamalar da verirlər. Məsələn gələn il Qarabağda “prezident” seçkisidir. Paşinyan çox çalışır ki, gələn il “seçkidə” öz adamını yerləşdirsin, amma bu çətin olacaqdır. Çünki Qarabağ separatçıları İrəvandakı Qarabağ klanı ilə bir yerdə hərəkət edirlər. Ona görə də, Paşinyanın onlara təsir etmək imkanı çox aşağıdır və belə vəziyyətdə əlbəttə ki, münaqişə aralarında daha kəskin şəkildə davam edir”. Elxan Şahinoğlu hesab edir ki, hətta belə bir vəziyyətdə biz özümüzü aldatmamalıyıq: “İlanın qarasında da lənət, ağına da lənət... Yəni hətta aralarında bir nifaq varsa hər ikisi Azərbaycan torpaqlarının işğalının davamını dəstəkləyirlər. Bizim mübarizəmiz də hər ikisinə qarşıdır. Bu baxımdan düşünürəm ki, Paşinyala Qarabağ separatçıları arasında münasibətlər yaxın müddətdə normallaşmayacaq. Amma bu ona gətirib çıxarmayacaq ki, tutaq ki, Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə baxışı dəyişsin yəni bu baş verməyəcəkdir”.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB