Sankt-Peterburqun hüquq mühafizə orqanları iyulun 20-də şəhərin Mentors prospektində bir erməni bərbərinə hücumda şübhəli bilinən şəxsi saxlayıblar. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburqdakı Baş İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə əməliyyat-axtarış tədbirləri zamanı Krasnogvardeisky rayon 26-cı polis bölməsinin cinayət-axtarış şöbəsinin əməkdaşları zərərçəkənin 42 yaşlı tanışını saxlayıblar.
Müəyyən edilib ki, gecə saat iki radələrində qəflətən yaranan mübahisə zamanı təcavüzkar rəqibinin döş qəfəsinə iki dəfə bıçaq zərbəsi endirib və sonra yoxa çıxıb.
Məlumatda qeyd olunur ki, hadisə ilə əlaqədar qəsdən bədənə ağır xəsarət yetirmə maddəsi ilə cinayət işi başlanılıb. Şəhər mediasının öz mənbələrinə istinadən verdiyi məlumata görə, saxlanılan şəxs həm də Ermənistan vətəndaşıdır. Xəsarət alan Ermənistan vətəndaşının sinə və qarın nahiyəsinə bıçaq yarası diaqnozu qoyulub, vəziyyəti ağır qiymətləndirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB