“Hayastani anrapetutyun”: “2025 ildən Ermənistanda depopulyasiya başlayacaq”
Ermənistanın “Hayastani anrapetutyun” qəzetinin yazdığına görə, 2019-cu ilin ilk yarımilliyində ölkənin 5 marzında mənfi təbii artım qeydə alınıb. SİA adıçəkilən erməni nəşrinə istinadən bildirir ki, 2018-ci ildə depopulyasiya yalnız bir marzda - Loridə qeydə alınmışdı. Belə ki, orada ölənlərin sayı doğulanların sayından çox olub. İlkin tədqiqatlar onu da göstərib ki, məsələ yalnız doğuşların aşağı göstəricisi ilə bağlı deyil. “Cəmi bir neçə il əvvəl doğulanların sayı ölənlərin sayından 11 min dəfə çox olub”, deyə qeyd edilən informasiyada həm də bildirilir ki, ötən il ölümlərin sayı doğuşların sayından 90 dəfə çox olub. 2019-cu ilin birinci kvartalında isə bu rəqəm 121-i göstərib.
Erməni nəşri BMT-nin Ermənistanla bağlı gəldiyi nəticəsini də yazıb. “BMT-nin hesablamalarına görə, artıq 2025 ildən Ermənistanda depopulyasiya başlayacaq”.
“Jamanak”: “Bako Saakyanın istefası müzakirə edilir”
“Jamanak” qəzeti isə yazır ki,işğal olunmuş Dağlıq Qarabağdakı separatçı rejiimin “prezidenti” Bako Saakyanın istefası gözlənilir. ““Artsaxda” (dırnaqlar bizimdir-R.N.) kompromis varianta görə, Bako Saakyanın istefası və “növbədənkənar prezident seçkilərinin” keçirilməsi müzakirə olunur”, yazan erməni nəşri məhz bu halda Samvel Babayanın “prezident seçkilərində” iştirak etməyəcəyini qeyd edib: “Lakin onun rəhbəri olduğu partiyasına 2020-ci ilin yazında gözlənilən “parlament seçkilərində” imkan veriləcək”.
Qeyd edək ki, Samvel Babayan “DQR”in “prezidenti” Bako Saakyanın istefasını tələb edir.
“Past”: “Daşnaksyutun bəyanatla çıxış edəcək”
“Past” nəşrinin yazdığına görə, Ermənistanın “Daşnaksyutun” fraksiyası aktiv siyasi müzakirələrdən sonra, növbəti mərhələdə vilayətlərdə geniş ictimai müzakirələrə başlayacaq. Belə ki, nəşr qeyd edir ki, adıçəkilən fraksiya Tsaxkadzorda, Cermuxda və Dilicanda ciddi konfranslar da təşkil etməyi planlaşdırır. “Konfranslarda media ekspertləri, iqtisadçılar, hüquqşünaslar, politoloqlar, sosioloqlar, QHT təmsilçiləri də iştirak edərək, Ermənistanda baş verən son proseslərin müzakirələrini aparacaqlar”,yazan qəzet qeyd edir: “Məhz fəal müzakirələrdən sonra partiya bəyanatla çıxış edəcək.
Xatırladaq ki, “Daşnaksyutun” tərəfdarları yenidən həbsə atılan Robert Koçaryanın tərəfdarlarıdırlar və Nikol Paşinyanın Ermənistanı idarə edə bilməməkdə suçlayırlar.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB