Məhkəmə Ermənistan prokurorunun şikayətini rədd edib

Məhkəmə Ermənistan prokurorunun şikayətini rədd edib

Robert Köçəryanın əmlak və bank hesablarına həbs qoyulmayacaq. SİA Ermənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, hakim Arsen Nikoghosyanın sədrliyi ilə keçirilən Apelyasiya Məhkəməsində hakim Anna Danebykyanın Ermənistanın ikinci prezidenti Robert Koçaryanın əmlakına qoyulan həbs qərarı ilə əlaqədar prokurorluğun şikayətinə baxılması başa çatıb.

Məlumatda deyilir ki, məhkəmə prokurorluğun şikayətini rədd edib. Robert Koçaryanın əmlak və bank hesablarına həbs qoyulmayacaq.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə