Çinin nümayəndə heyəti Bakı Beynəlxalq Dəniz Ticarəti Limanında olub TƏDBİR - VİDEO-FOTOLAR

Çinin nümayəndə heyəti Bakı Beynəlxalq Dəniz Ticarəti Limanında olub TƏDBİR - VİDEO-FOTOLAR

Yeni Azərbaycan Partiyasının dəvəti ilə ölkəmizdə səfərdə olan Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Song Taonun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 24-də Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarəti Limanını ziyarət edib. SİA-nın verdiyi məlumata görə, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının iş fəaliyyəti, beynəlxalq yükdaşımalar və gələcək planlar haqqında qonaqlara məlumat verən Azərbaycan Republikasının İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizin Çin Xalq Respublikası ilə qarşılıqlı əlaqələrinin böyük perspektivə malik olduğunu bildirib.

İqtisadiyyat naziri Şahin Mustafayev ölkələrimiz arasında əlaqələrdən, əməkdaşlığımızın inkişafından danışıb və qeyd edib, bu əlaqələrin qədim tarixi var. Tarixi İpək Yolundan, bu yolun bərpasından, eyni zamanda bunun hər iki ölkə üçün əhəmiyyətindən danışan nazir Azərbaycanla Çin arasında istər siyasi, istər iqtisadi, istər mədəni, istərsə də hər hansı digər sahələrdə əlaqələrin və əməkdaşlığın faydalarını vurğulayıb.

Ölkələrimiz arasında münasibətlərin bundan sonra daha da inkişaf edəcəyini bildirən Ş.Mustafayev qeyd edib ki, ölkələrimiz arasında əlaqələrin bundan sonra daha sürətlə inkişafı üçün Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının əhəmiyyəti böyükdür və bu Liman daha böyük perspektivlərə imkan yaradır. Şahin Mustafayev kənd təsərrüfatı, ələlxüsus, tərəvəz məhsullarının mübadiləsi barədə gələcək planların olduğunu da nəzərə çatdırıb.

Daha sonra Çin nümayəndə heyətinin başçısı Sonq Tao da ölkələrimiz arasında mövcud əlaqələr barədə danışıb, bu əlaqələri yüksək qiymətləndirib. Qeyd edib ki, hələ bundan əvvəl Tarixi İpək Yolu vasitəsilə daşınan çaydan Çində geniş şəkildə istifadə edilib. Nümayəndə heyətinin başçısı bundan sonra da əlaqələrin inkişafına, daha da genişlənəcəyinə ümid etdiyini bildirib.

Ardınca Ələt Limanı, onun imkanları və gələcək perspektivlərini əks etdirən videoçarx izlənildikdən sonra nümayəndə heyəti ilə birlikdə xatirə şəkilləri çəkilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə