"Sosial mediada dinlə bağlı gedən yazılar bəzi hallarda bizi qane etmir" Komitə sədri
"Sosial mediada dinlə bağlı gedən yazılar bəzi hallarda bizi qane etmir". SİA-nın verdiyi məlumata görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
M.Qurbanlı bildirib ki, xüsusilə xaricdə olan şəxslər tərəfindən sosial media üzərindən Azərbaycandakı dini durumla bağlı yazılarda qərəz, ölkəmiz haqqında mənfi rəy formalaşdırmaq cəhdləri özünü göstərir: “Azərbaycan dini tolerantlıq, multikultural dəyərlərin qorunması baxımından nümunəvi bir ölkədir, amma bəzi qrup və dairələr xaricdə sosial şəbəkələr üzərindən yalnış məlumatlar yaymağa cəhd edirlər. Bunun qarşısını almaq üçün bizim qrupumiz fəaliyyət göstərir və bu cür məlumatlar olduqda bu məlumatların yanlış olması barədə ictimaiyyəti məlumatlandırırıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB