Vardan Oskanyan: “Ermənistan höküməti medianı idarə etmək üçün hər yola əl atır"

Vardan Oskanyan: “Ermənistan höküməti medianı idarə etmək üçün hər yola əl atır"

Medianın liberallaşması üçün ilk növbədə Ermənistan hökuməti öz siyasi arenasında dəyişiklik etməlidir. SİA-nı xəbərinə görə, bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan kütləvi informasiya vasitələrində problemlər və perspektivlər mövzusunda keçirilən tədbirdə bildirib. Eks diplomat əmindir ki, bütün dəyişikliklər paralel şəkildə baş verməlidir.

 

Belə ki, böyük şirkətlər oxucu sayında üstünlük təşkil edən mətbu orqanlarında reklam yerləşdirməyə maraqlıdırlar: "Lakin hazırda biznes yox dövlət öz maraqlarını diktə edir. Niyə dövlət bunu edir? Çünki hazırda siyasi monopoliya mövcuddur. Əgər dövlətin siyasi monopoliyası olmasaydı onda onlar KİV-ləri idarə etmək imkanına malik olmazdılar. Belə ki, bəzi mətbu orqanlarına öz reklamlarını yerləşdirmək istəyən iri şirkətlər eyni zamanda onlara maliyyə yardımı edir. Bu isə dövlətə sərf etmir. Çünki hakim struktur onları hər hansı bir vasitə ilə idarə etmək istəyir. Maddiyyat isə ən yaxşı seçimdir".

Bütün xəbərlər Facebook səhifəmizdə