Millət vəkili: “Münaqişənin konkret həllini tapmaq əvəzinə durmadan bölgəyə səfərlər etmək Minsk qrupunun ciddiliyinə kölgə salır”
"ATƏT-in Minsk qrupu uzun müddətdir ki, münaqişənin həlli ilə məşğuldur, bu istiqamətdə səy göstərir. Ortada olan nəticəyə, keçilən yola nəzər saldıqda bunu deməyə əsas verir ki, Minsk qrupunun bugünkü fəaliyyəti bir o qədər də qənaətbəxş deyil". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib. O bildirib ki, Azərbaycanın burada heç bir günahının olmaması bütün tərəflərə məlumdur. Onun sözlərinə görə, Azərbaycan işğal altında qalan, torpaqları işğal edilən, əraziləri yandırılan, vətəndaşı məcburi köçkün vəziyyətinə salınan və dözülməz şərtlər altında yaşamağa məcbur edilən bir ölkədir.
J.Əliyeva vurğulayıb ki, bütün bu həqiqətləri, beynəlxalq təşkilatların çoxsaylı qərarlarını, qətnamələrini görməməzlikdən gəlmək, bu məsələnin konkret bir həllini tapmaq əvəzinə durmadan görüşlər keçirərək bölgəyə səfərlər edib nə vaxtsa münaqişənin həll ediləcəyinə dair bəyanatlar vermək təbii ki, Minsk qrupunun ciddiliyinə kölgə salır: "İnanmaq istəyirik ki, ATƏT-in Minsk qrupu münaqişənin bütün doğru tərəflərini bir daha tərəziyə qoyacaq, söz sahibi olduğunu nümayiş etdirmək üçün bu münaqişənin tərəflərinə öz haqsız iddialarından əl çəkməyin daha əhəmiyyətli və qaçılmaz olduğunu sübut etmək üçün yollar tapacaq. Ölkə prezidentinin çox açıq şəkildə bəyan etdiyi kimi Azərbaycan öz torpaqları uğrunda mübarizəyə hər zaman hazırdır. İllərdən bəri xalqımız özünə xas olan səbrlə gözləyib ki, bu problem qansız öz həllini tapacaq. Ancaq, bu, ikili standartlarla Azərbaycan yanaşan dövlətlərin marağında deyil. Ona görə prezident İlham Əliyevin də qeyd etdiyi kimi bu prosesdə bütün qüvvələr, vasitələr tükənərsə, Azərbaycan təbii ki, öz torpaqlarını müharibə, hərb yolu ilə almağa qadirdir. Təbii ki, biz bunu istəmirik. Amma heç bir çarə qalmadıqda müharibə vəziyyətinə də hazırıq".
O, ATƏT-in Minsk qurpuna, 200-300 illik təcrübələri ilə öyünən, özünü demokratiyanın beşiyi sayan, insan hüquqları haqqında durmadan dünyaya məruzələr oxuyan "Avropa ölkələrinə" müraciət edib və bildirib ki, artıq bu müharibədə haqqın tərəfində olub, birdəfəlik bu məsələnin həllinə nail olmaq lazımdır. J.Əliyeva vurğulayıb ki, Minsk qrupu üzərilərinə götürdükləri sülhpərvərlik missiyasını sonuna qədər həyata keçirməlidir: "Ancaq sona qədər həyata keçirmək sonsuzluğa qədər həyata keçirmək demək deyil. Bu təşəbbüsü öz üzərilərinə götürüblərsə, haqlını haqlı, haqsızı haqsız yerinə qoymalıdırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB