Tarixin bu günü və ya bu günün tarixi

Tarixin bu günü və ya bu günün tarixi
- Portuqal səyyah Vasko da Qama Hindistana gedən yolu tapmaq üçün dəniz səfərinə çıxıb (1502)
- Avstriya İmperiyasının imperatoru II Frans anadan olub (1768)
- ABŞ prezidenti Avraam Linkoln anadan olub (1809)
- Çağdaş təkamül təliminin təməlini qoymuş ingilis təbiətşunas Çarlz Darvin anadan olub (1809)
- Çili müstəqillik əldə edib (1818)
- Tarzən, Azərbaycanın xalq artisti Bəhram Məşədi Süleyman bəy oğlu Mansurov anadan olub (1911)
- Sovet İttifaqı Qəhrəmanı İdris Süleymanov anadan olub (1915)
- Bakı fəhlə klubunda Azərbaycan kommunistlərinin I qurultayı başa çatıb. Qurultayda fəhlə və kəndliləri Müsavat hökumətinə qarşı çıxışlara hazırlamaq qərara alınıb (1920)
- Şair İslam Səfərli anadan olub (1923)
- İngilis arxeoloq Hovart Karterin başçılıq etdiyi qrup Tutanxamonun sarkofaqını açıb. Fironun sarkofaqı 15 ay əvvəl tapılıb (1924)
- Rusiya İmperator ordusunun artilleriya generalı, Azərbaycan Xalq Cumhuriyyətinin görkəmli hərbi xadimi Səməd bəy Mehmandarovun xatirə günü (1931)
- Heykəltəraş, Azərbaycanın əməkdar rəssamı Elmira Hüseynova anadan olub (1933)
- Azərbaycan sovet partiya və dövlət xadimi, Azərbaycan SSR Baş Prokuroru, Stalin repressiyalarının qurbanı Bahadır Vəlibəyovun xatirə günü (1940)
- Türk müğənni Ajda Pekkan anadan olub (1946)
- Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycanın xalq şairi Xəlil Rzanın oğlu Təbriz Xəlilbəyli anadan olub (1964)
- Düşənbədə hökumət və müxalifət arasında başlayan qarşıdurma qısa vaxt ərzində vətəndaş müharibəsinə çevrilib (1990)
- Monqolustanın Dövlət bayrağı yaradılıb (1992)
- Haaqa Tribunalında Serbiyanın keçmiş prezidenti Slobodan Miloşeviçin məhkəməsi başlayıb (2002)
- Venesiya Komissiyası Azərbaycan Konstitusiyasına təklif olunan əlavə və dəyişiklikləri araşdırmağa başlayıb (2009)

Bütün xəbərlər Facebook səhifəmizdə