Parlamentdə bir neçə dövlətlərarası sənəd təsdiqlənib

Parlamentdə bir neçə dövlətlərarası sənəd təsdiqlənib
Milli Məclisin bugünkü iclasında bir neçə dövlətlərarası sənəd təsdiq olunub. SİA-nın məlumatına görə, öncə Azərbaycan və Ukrayna prezidentlərinin birgə Bəyannaməsi təsdiqlənib. Sonra Azərbaycan və Özbəkistan prezidentlərinin birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında qanun, "Azərbaycan Respublikası və Özbəkistan Respublikası vətəndaşlarının vizasız gediş-gəlişi haqqında Saziş"ə dəyişikliklər və əlavələr edilməsi haqqında" Protokol və "Azərbaycan Respublikası hökuməti və Özbəkistan Respublikası hökuməti arasında 2011-2015-ci illər üzrə iqtisadi əməkdaşlıq haqqında" Saziş layihəsi müzakirəyə çıxarılaraq təsdiq edilib.
Qeyd edək ki, bu günki iclasda həmçinin Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi də müzakirə olunub, Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə