Fransa işğalçı Ermənistanın nəzarətində olan Dağlıq Qarabağla "dost olmamaq" qərarına gəlib. SİA Ermənistana məxsus rusarminfo.ru saytının yayımladığı məlumata istinadən xəbər verir ki, Fransaya məxsus "Le Monde" qəzeti, Fransa hakimiyyətinin Fransanın şəhərləri və Dağlıq Qarabağın prefekturaları arasında dostluq sazişlərini yenidən nəzərdən keçirməsi ilə bağlı məqalə dərc edib.
Məqalədə, xüsusən, qeyd olunub ki, 2013-cü ildən etibarən Fransanın 13 ərazisi Dağlıq Qarabağla dostluq sazişlərini imzalamış və sonradan Azərbaycanla münasibətlərdə müxtəlif fikir ayrılıqları yaranmışdır.
Fransaya məxsus nəşr yazır ki, bir tərəfdən Fransada nüfuzlu bir erməni diasporu var və bu təxminən 600 min nəfərdən çoxdur. Digər tərəfdən, Fransa üçün mühüm olan iqtisadi tərəfdaşlıqdır və Qafqaz regionunda Fransanın ticarətinin böyük hissəsi əhəmiyyətli enerji ehtiyatlarına malik olan Bakıya düşür. Nəşrdə müsahibə verən Fransa şəhərlərinin rəhbərləri Fransa hakimiyyətinin mövqeyini bölüşməyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB