Gürcüstanda erməni vətəndaşı olan sürücülər gürcülər tərəfindən döyülüb və avtomobilləri zədələnib. SİA Ermənistana məxsus lragir.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Gürcüstanda, Rusiyadan Ermənistana gedən Ermənistan vətəndaşları olan sürücülər ilə gürcülər arasında bir insident baş verib. Gürcüstanın Ermənistandakı səfirliyinin məlumatına görə mübahisə məişət zəminində baş verib və nəticədə gürcülər erməniləri döyüblər.
Mübahisə və insident nəticəsində Ermənistan vətəndaşı olan sürücülərdən birinin qolu sındırılıb və ona ilk tibbi yardım edildikdən sonra Ermənistana göndərilib. Onun idarə etdiyi avtomobil də artıq Ermənistandadır. Digər bir sürücü isə avtomobilini özü idarə edərək sərhəd-buraxılış məntəqəsini keçərib.
Ermənistanın Gürcüstandakı səfirliyi yerli hüquq mühafizə orqanları ilə əlaqə saxlayaraq məsələyə hüquqi qiymət verilməsini tələb ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB