"Danışıqlar zamanı bu formata xüsusi diqqət ayrılıb" ÖZƏL-MÜNASİBƏT
"Donald Tuskun Bakı səfəri Avropa ittifaqının Azərbaycana marağının və xüsusi diqqətinin olmasıdır. Tuskun Bakıya ilk səfəri 2014-cü ildə olsa da indiki səfər Avropa İttifaqın Şurasının Prezidenti səviyyəsində gerçəkləşdi". Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.
Politoloqun sözlərinə görə, Avropa İttifaqı ilə Azərbaycan arasında yaranan bir sıra anlaşılmazılıq səbəbindən bu səfər bir neçə dəfə təxirə salınsa da ölkəmizin Avropa ailəsində önəmli yeri bu çətinlikləri arxada qoydu: "Görüşün əsas ana xətti regionda təhlükəsizlik “Şərq Tərəfdaşlığı" proqramında Azərbaycanın yeri barədə aparılan müzakirələrdir. Həmçinin enerji resuslarının, marşurutlarının şaxələndirilməsi müzakirə predmeti olub. Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin daha da genişlənməsi və münasibətlərdə konkret yol xəritəsinin olması çox vacibdir. Danışıqlar zamanı bu formata xüsusi diqqət ayrılıb. Görüş zamanı tərəflər Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında sənədin tezliklə hazırlanıb imzalanmasının vacibliyini müzakirə ediblər. İmzalanması nəzərdə tutulan sənəddə insan haqqları, Azərbaycanda parlament seçkiləri, seçki komissiyalarının tərkibi, siyasi partiyaların fəaliiyəti və ərazi bütövlüyümüzün bərpası ilə bağlı müddəalar öz əksini tapa bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB