Atmacalar Ermənistanın demokratiya nağıllarına görədir

Atmacalar Ermənistanın demokratiya nağıllarına görədir

Biz hakimiyyətə minimum 40 illik müddətə gəlmişik. SİA Ermənistana məxsus aysor.am saytınının məlumatına istinadən xəbər verir ki, “Jamanak” qəzetinin yazdığına görə, bunu Avropaya inteqrasiya məsələləri üzrə parlamentin daimi komissiyasının sədri Arman Eqoya deyib.

Məlumata görə, komitə sədri İrəvan pres-klubun rəhbəri Boris Navasardyanın təşkil etdiyi tədbirdə deyib ki, onlar hakimiyyətə minimum 40 il müddətinə gəliblər. Məlumatda xüsusilə vurğulanır ki, bu 40 ilin hansı dövrdən, 2018-ci ilin 8 may tarixindən, yoxsa, bu bəyanatın verilmə tarixindən başladığını aydınlaşdırmaq tələb olunur.
Görünür, Ermənistanın özündə də yeni hakimiyyətin demokratiya bəhanələrinə və nağıllarına artıq inanan yoxdur. Əks halda, komitə sədrinin bəyanatına belə ironiyalarla və xüsusi sarkazmla atmacalar atılmazdı.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə