“Ermənistanda həyat səviyyəsi Paşinyanın reytinqi ilə birgə aşağı düşür” ANALİTİK
Tevos Arşakyan: “Sosioloji sorğunun nəticələr bir sıra KİV-lərin əlinə düşüb və öncəki hakimiyyətə simpatizə edənlər tərəfindən uğurla sızdırılıb”
“Paşinyanın ətrafında və iqtidar blokunun daxilində ötən həftədən qorxunc vurnuxma yaşanır –Beynəlxalq respublikaçılar institunun (IRI) ölkədə apardığı sosioloji sorğunun nəticələrinə görə, baş nazirin erməni cəmiyyəti qarşısındakı reytinqi sürətlə aşağı düşür”.
SİA xəbər verir ki, bu barədə armenianreport saytının siyasi təhlilçisi Tevos Arşakyan “Ermənistanda həyat səviyyəsi Paşinyanın reytinqi ilə birgə aşağı düşür” başlıqlı məqaləsində yazıb. Məqalədə qeyd olunur ki, dövlət idarələrində aparılan sosioloji sorğulara görə, Ermənistanın prezidenti Armen Sarkisyan isə populyarlıq reytinqinə görə baş nazir Nikol Paşinyanı 5% ötüb. Belə ki, Paşinyanın reytinqi 56%-dirsə, Sarkisyanın reytinqi 61-dir.
“Amerikalıların ölkəmizdə apardıqları sosioloji sorğu hələ ki, rəsmi olaraq ictimailəşdirilməyib. Bu isə aydındır – hakimiyyət sorğunun nəticələrinin daxildə qalmasını və beynəlxalq ictimaiyyət üçün açıqlanmasını heç istəmir”
Erməni müəllif daha bir maraqlı məqama toxunub. SİTAT: “Diqqətçəkicidir ki, amerikalıların ölkəmizdə apardıqları sosioloji sorğu hələ ki, rəsmi olaraq ictimailəşdirilməyib. Bu isə aydındır – hakimiyyət sorğunun nəticələrinin daxildə qalmasını və beynəlxalq ictimaiyyət üçün açıqlanmasını heç istəmir. Lakin təəssüf ki, nəticələr bir sıra KİV-lərin əlinə düşüb və öncəki hakimiyyətə simpatizə edənlər tərəfindən uğurla sızdırılıb”.
“İngilis şahzadəsi” və Armen Sarkisyan məsələsi...
“Bəs nəyə görə baş nazirin reytinqi prezidentinkindən aşağıdır?”, deyə sual edən müəllif daha sonra yazır ki, ölkədə prezidentlik fəaliyyəti “ingilis şahzadəsi” fəaliyyətinə dönüb və səlahiyyətlər güclü şəkildə azaldılıb və o belə deyərsək, praktiki olaraq heç nəyə görə cavab vermir: “Ermənistan prezidenti yalnız parlamentə növbəti və növbədənkənar seçkiləri müəyyən edir, ya da parlament tərəfindən qəbul edilən qanunları imzalayır, ya da yenidən işlənməsi üçün parlamentə göndərir. O, hökumət başçısını və nazirləri təyin etmək, istefaya göndərmək ixtiyarında deyil. Hətta səfirləri belə baş nazirin təklifi ilə təyin edir, ya da geri çağırır. Biz hələ silahlı qüvvələrin ali komanda heyətini demirik. Yəni prezident ali baş komandan deyil. Müharibə başlarsa, onda bu vəzifə hökumət başçısına veriləcək. Beləliklə, “ingilis şahzadəsi” fəaliyyətini bizdə və xaricdə Sarkisyanla eyniləşdirirlər. Bəs xalqın səsverməsi nəticəsində seçilən parlament “ingilis şahzadəsini” seçirsə, bunun yerinə isə o hökumətin siyasətinə cavabdeh deyilsə, onda prezident hansı səmərəni verə bilər? Heç birini!...”
“Belə şəraitdə təəccüblü deyil ki, Paşinyanın reytinqi ötən illə müqayisədə 29%-ə düşüb”
Erməni müəllifin yazdığına görə, ölkədəki insanlar anlayırlar ki, Sarkisyan iqtisadiyyatın ağır vəziyyətinə, xarici siyasətdəki uğursuzluqlara, orduda qeyri-müharibə şəraitində çoxsaylı itkilərə görə cavabdeh deyil: “Başqa məsələ - baş nazirdədir. Hazırkı vəziyyətdə Nikol Paşinyanda. Bizim redaksiya ötən il ölkəni son ipinə qədər oğurlayan Koçaryan-Serj Sarkisyan rejiminin dəyişməsini çox isti şəkildə alqışladı və biz digərləri kimi ilk vaxtlarda Paşinyanın yaxın tərəfdarları idik. Xatırlayın, Nikol Paşinyanın ilk yarım illik reytinqi nə qədər yüksək idi – təqribən 85% və həmin sorğunu da məhz amerikalıların IRI sosial-sorğu mərkəzi keçirmişdi. Hətta Ermənistan müstəqillik qazandıqdan sonra Ter-Petrosyan belə, ilk ildə bu reytinq barədə xəyallara belə dala bilməzdi. Ötən il Ermənistan vətəndaşlarının əksər çoxluğu Nikol Paşinyan hakimiyyətinə və ölkənin gələcəyinə optimizmlə baxırdı...”
“Lakin təəssüf ki, bu ümidlərin həqiqətə çevrilməsi baş vermədi. Yeni hökumətin bütün islahatları hakimiyyətin rokirovkası ilə başa çatdı və deyilən sözlər yalnız boş vədlər olaraq, ritorika kimi yadda qaldı”, yazan Arşakyan əlavə edib ki, əgər Ermənistanda həyat səviyyəsi yaxşılaşıbsa da, onu rahat və komfortlu hakimiyyət kabinetlərində özlərinə yer tutmuş şəxslərə aid etmək olar: “Digər yerdə qalanlar üçün hər şey əvvəlki kimi qalıb – biz yenidən əvvəllər olduğu kimi sağ qalmağa çalışırıq, ancaq yeni, postinqilab Ermənistanında... Belə şəraitdə təəccüblü deyil ki, Paşinyanın reytinqi ötən illə müqayisədə 29%-ə düşüb. O, get-gedə daha aşağı düşəcək, əgər hökumət verdiyi vədlərini yerinə yetirməyə, xalqın həyatını yaxşılaşdırmasa. Belə ki, Paşinyan üçün hələ gec deyil. O, danışmaqdansa, əməli işlər görməlidir...”.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB