Rusiyanın səfiri Sergey Kopırkin son vaxtlar ictimai müzakirələrin mərkəzindədir. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu “Past” qəzeti yazır.
Məlumata görə səfir Ermənistanın ikinci prezidenti Robert Koçaryan və Konstitusiya Məhkəməsinin sədri Grair Tovmasyanla görüşməsi sərt reaksiya doğurub.
Nərin məlumatına əsasən, ötən həftənin əvvəllərində səfir Baş Nazirlik aparatının "İctimaiyyətlə Əlaqələr və İnformasiya Mərkəzi" İctimai Birliyinin əməkdaşları ilə görüş keçirib.
Qəzet öz mənbəyinə istinadən yazır ki, iclas qapalı formatda keçirilib. "İctimaiyyətlə Əlaqələr və İnformasiya Mərkəzi" İctimai Birliyinin əməkdaşları səfirin qeyd olunan görüşləri ilə bağlı çox neqativ, mənfi mövqe nümayiş etdirib. Qəzetin, “Təbliğat mərkəzində qapalı görüş” başlıqlı yazısında səfirin görüşlərinə qarşı Ermənistanda yaranan qıcıq aydın şəkildə özünü biruzə verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB